Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"İnsanlar taksidə yoluxur, yoxsa küçədə gedərkən?" - TƏBİB RƏSMİSİ

Tarix: 30-03-2021 22:21     Baxış: 4153 A- / A+
"İnsanlar taksidə yoluxur, yoxsa küçədə gedərkən?"

Dünyada və ölkəmizdə COVID-19 (koronavirus) infeksiyası əleyhinə peyvəndləmə prosesi gedir. Peyvəndi bir neçə mərhələdə, müəyyən doza ilə istifadə edən ölkələrin bir qismi onun qoruyuculuğuna müəyyən tərəddüdlərlə yanaşsa da, tam əminliklə peyvəndin etibarlı olduğuna inanılan ölkələr də az deyil.

Məsələn, İsraildə əhalinin demək olar ki, hamısı peyvənd olunub və həyat əvvəlki qaydada davam edir. Bizdə isə peyvəndləmə prosesi davam etsə də, peyvəndə inanmayan, tərəddüd edən insanların sayı da çoxdur. Bu kimi hallarda cəmiyyətdə virusun bitəcəyinə, əvvəlki həyata qayıdış prosesinə inamsızlıq yaranır.

Manevr.az-ın xəbərinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış açıqlamasında deyib ki, peyvəndin təbliğatı məsələləri də peyvəndin qoruyuculuğu qədər önəmlidir: "Deməzdim ki, ölkə olaraq peyvəndin etibarlılığına inanmırıq. Sadəcə bizdə peyvəndin təbliğatı ilk günlərdən yanlış istiqamətdə getdi. Bu da hazırkı problemlərdə öz təsirini göstərir”.

Onun sözlərinə görə, müəyyən qrup insanlarda peyvəndlə bağlı qeyri-müəyyənlik var: "Və o qeyri-müəyyənliyi arada qaldırmaq üçün hər hansı cəhd də görmürəm. Sadəcə bir neçə nəfər çıxıb peyvəndlə bağlı danışır. Bu da mətbuatın və həkimlərin şəxsi təşəbbüsüdür. Hansısa jurnalist peyvəndlə bağlı həkimə müraciət edir, həkimlər də peyvənd haqqında şəxsi fikirlərini bölüşür, maarifləndirici xarakterli çıxışlar edirlər”.

"Amma bu, sırf mətbuatın şəxsi təşəbbüsü, ya da həkimlərin sosial şəbəkələrdə yazdıqları çağırışlar olur. Ümumi olaraq peyvəndlənmə ilə bağlı hökumət səviyyəsində rəsmi kampaniyanın yaxşı təşkil olunduğunu düşünmürəm”, - deyə TƏBİB rəsmisi bildirib.

E.Baxış qeyd edib ki, hazırkı şəraitdə yoluxma sayının necə və harada çoxaldığına dair cavab verə biləcək şəxs yoxdur: "Təbii ki, bizdə də əhalinin çox hissəsi peyvəndlənərsə, yumşalmalardan danışıla bilər. Bu günə olan məlumata görə, artıq peyvəndlənənlərin sayı yarım milyondan artıqdır. Eyni zamanda, bu gün yoluxma sayı 2100 nəfərdən artıqdır. İnsanları təbii olaraq düşündürür ki, bu yoluxma haradan yaranır. Deyirlər ki, metronu açmırıq, ona görə ki, yoluxma sayı artır. Metro aylardır işləmir, bayram günləri, ümumiyyətlə, ictimai nəqliyyat da işləməyib. Lakin bayram günləri yoluxma sayı 1000-1500 aralığında olub”.

"İnsanlar küçədə gedərkənmi yoluxurlar? Taksidəmi yoluxurlar? Hansı şəraitdə yoluxur bu insanlar? İş şəraitindəmi yoluxurlar? Bəlkə, gizli hansısa kütləvi tədbirlər olur? İnsanlarda müəyyən qeyri-müəyyənliklər var. İndiyə qədər mətbuat hələ də cavab ala bilməyib ki, insanlar ən çox harada yoluxur. Bir halda ki, aylardır metro işləməyib, 10 gün ərzində ictimai nəqliyyat olmayıb, bəs insanlarda bu yoluxma sayı haradandır?!”, - deyə həmsöhbətimiz sual edib.

Qurumun əməkdaşı diqqətə çatdırıb ki, statistika rəsmi şəkildə nəzərə alınan göstəricilərdir: "Kifayət qədər çox insan heç rəsmi statistikada öz əksini tapmır və onlar yoluxduqlarını bilə-bilə küçədə gəzirlər. Çünki insanlar test vermirlər. Düşünürlər ki, testin cavabını almaq müəyyən qədər zaman aparır. Test verənlərin bir qismi də gedib xəstəxanalarda müalicə olunmurlar. Çünki düşünürlər ki, xəstəxanalarda yer yoxdur. Yəni bu kimi bir sıra problemlər var. Bu problemlər də son nəticədə insanların peyvəndə olan münasibətində də özünü göstərir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar