Xəbər lenti
Xəzərdə süni ada yaradılır - 5 ulduzlu hotel, restoran, lunapark... - ŞƏKİL
İranın şimalında yerləşən Mazandaran vilayətinin Noşəhr rayonu ərazisində Xəzər dənizində ilk süni adanın yaradılmasına lisenziya verilib.
Manevr.az-ın trend-ə istinadən məlumatına görə, bunu İranın Mazandaran vilayəti Noşəhr rayonu bələdiyyə sədri Əli Əmani deyib.
Ə.Əmaninin sözlərinə görə, süni adanın dizaynı və ilkin araşdırmaları Pars Sazeh Şirkəti tərəfindən həyata keçirilib.
Bələdiyyə sədri əlavə edib ki, cari ildə (21 mart 2021 - 20 mart 2022) investorun müəyyənləşməsi üçün elan veriləcək və işlərə başlanacaq.
O, bildirib ki, sahildən 1 kilometr məsafədə yerləşəcək adanın ərazisi 18 hektardır. Adada 300 əyləncə qayığının qəbulu, 5 ulduzlu hotel, dəniz restoranı, lunapark, idman və əyləncə mərkəzi, konfrans zalı və digər obyektlərin tikintisi nəzərdə tutulub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar