Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əhaliyə koronavirusla bağlı müraciət - BUNLARI ETMƏYİN

Tarix: 30-03-2021 10:45     Baxış: 3174 A- / A+
Əhaliyə koronavirusla bağlı müraciət - BUNLARI ETMƏYİN


Peyvənd olunduqdan sonra xəstəliyə tutulmaram deyib, qapalı məkanlara maskasız getməyin. Vaksinasiyadan sonra da eyni qayda ilə qorunmaq, qapalı məkanlara tibbi maska ilə getmək lazımdır.


Manevr.az
xəbər verir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, peyvənd olunmaq "xəstəliyə tutulmayacağam" demək deyil. İnsan bu halda xəstəliyi yalnız yüngül və asimptomatik formada keçirir.

Mütəxəssis əlavə edib ki, son zamanlar xəstəliyin daha ağır formada keçirilməsi hallarına da rast gəlinir.

Bunu insanların kortəbii qaydada müalicə olunması ilə izah edən Y.Abdiyeva erkən diaqnostikanın qoyulmasını çox vacib sayıb:

"Ağır xəstələrin sayının çoxalmasının əsas səbəbi evdə aparılan qeyri-düzgün, kortəbii müalicədir. Bir az soyuqlamışam deyərək, həkimə gec müraciət etmək, rezerv antibiotiklərlə immun sistemini zəiflətmək və s. - bunlar hamısı xəstəliyin ağır keçməsinə səbəb olur. Lakin erkən diaqnostika tez sağalma deməkdir. Yas yerləri, qonaqlıq və digər tədbirlərə müvəqqəti getməyin. Özünüzü, ailənizi və ətrafınızı qoruyun!"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar