Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sözsüz ki... Acı deyildi insanı yaşadan..

Tarix: 29-03-2021 19:56     Baxış: 3231 A- / A+
Sözsüz ki...  Acı deyildi insanı yaşadan..
Vəcihə Ağazadə

-Ağrı insanı gücləndirir deyirlər. Yeni duruş verir, insanı özünün dayağı edir bəlkə.. Başqa güc qazandırır, fikirləri dəyişir, kamilləşdirir, yeri gəldi müdrikləşdirir. Birincidə çox incinəndə ikidə daha az, üçdə bir az daha, dörd, beş..Nəticədə alışırsan və normallaşır, adiləşir hər şey..Qazandırır, qazandırır, qazandırır...Yaxşı, bu qədər qazanc, bu qədər güc heçmi nəsə almır insanoğlundan? Həqiqətənmi ancaq qazandırır..?!Həqiqətənmi alışır insan, sonra daha incitmir..?Zamanla heçmi ağrımır canı? Heçmi yormur ancaq kolluqda yerimək? Birinci tikandan sonra dahamı az qanayır ayağı?Y a heç sonra batan tikan olmur..?

+(Xəfif gülüş)Yox, yox..Yenə incidə bilir, yenə ağrıda bilir, yenə yandıra bilir, yenə yara aça bilir. Həm də əvvəlkinin üstünü qabıq bağlamadan..

-Birinci yaranı ikincidən, ikincini üçüncüdən, üçü dörddən,dördü beşdən nə fərqləndirir bəs?O adı çox məğrurluqla çəkilən gücmü, kamillikmi, dayanma nöqtəsimi, nə..?Nədir alışmaq dedikləri?Necə olur?Bunun adı həqiqətən alışmaqdı?

+Yox,o da deyil.Birinci tikandan sonra batan da tikandır,ondan sonrakı da,bəlkə lap ondan sonrakı da..Ancaq,daha sonrakı yox..!Növbəti artıq varoluşun özü olur.Növbəti tikan yaşamın özü olur,insanın özü olur,varlığı olur,fikirləri,əməlləri,həyatı olur..O həyatla bağladığı sazişi olur.Özünün də xəbəri

olmadan möhürü öz imzası olan ömürlük boynundan asılan sənədi olur.Bəndlərini də özünün yazdığı müqavilə.İnan mənə,orda öz istəklərindən,öz seçimlərindən başqa heçnə olmur,heçnə..Hamısını bir-bir öz xoşu ilə seçib,yazır.

-Necə?Heç kim öz istəyi ilə belə yol seçməz axı.

+(Gülümsəyərək)Seçir.Öz əlləri ilə seçir.İnsanoğludur də,sonra da günahkar axtarır.Dedim axı,heç özü də bilmir ki,özünə nə edəcək,nə edir,nə etdi..Çətindi qavrama sığdırmaq,bilirəm.Mənə də çox çətin oldu,hətta olmaz dedim,mümkün deyil.Amma,bir də baxdım,ki özüm baş roldayam..

-Bəs sonra?

+Sonra susdum,uzun bir vaxt susdum.Çəkildim,hamıdan,hər şeydən..Baxdım ki,mənim heç başqasına,hansısa baş verə biləcək hadisəyə ehtiyacım yoxmuş.Ən böyük savaş da,müharibə də özümdə imiş,öz daxilimdəki fırtınada imiş.Mən özümlə davadaymışam,xəbərim yoxmuş..

-Özünlə qaldın yəni.Nələrin olduğunu,baş verdiyini anlamaq üçün.

+Hə....

-Nə oldu son fikrin?Nə idi bütün bunlar?

+....(Dərindən ah çəkib,bir-iki dəqiqə susdu.)

-Tural,qardaşım,eşidirsən?

+Hə...Bütün bunlar mənim bağrımdan asdığım,öz əllərimlə asdığım daş imiş,köz imiş,qandal imiş,tikanlı məftil imiş...

-O bayaq dediyin seçimlər hə?

+Hə,seçimlər.Bax,tikanlı yoldan bir dəfə keçdin,tikanlarda incindin.Sonra yenə də o yoldan gedən sənsən.Hə,hə bilirəm,deyəcəksən bəs daha yaxşıya gedən yol belə,uğur,xoşbəxtlik elə..Bilirəm...Ancaq,bir şeyi də çox yaxşı bilirəm ki,o daha yaxşı da,o uğur da,xoşbəxtlik də özümüzük.Onlara çatmaq üçün elə yolları seçən də..

Yəqin sən də eşitməmiş olmarsan.Olur e hərdən kimsə gileylənib,danışanda deyir-“O da eyni yerdədi,mən də.Ancaq o rahat-rahat gələndə mən yıxıla-dura gəldim.Nolsun,ikimizin də adı eyni çəkilir.”

-Aha,çox eşitmişəm.Onda da təsəllimiz o olur ki,sən zəhmətinlə gəlmisən,bu daha gözəlidir.

+Digərinin heç zəhmət çəkmədiyini hardan bilirsiz bəs?

-Eee,yəni də bəlkə nəyəsə görə,kiməsə..

+(Sözünü kəsib)Bir dəqiqə dayan.Mən nə dedim,nə danışdım bayaq?Demədim seçimlərdi hamısı?O zəhmətlə gəlməyi seçdi,digəri rahatlıqla.Həyatdan bunu istədi,bunu gözlədi.

-Necə axı,bu necə məntiqdir?

+Bəli,bu məntiqi çox “məntiqlər” qəbullana bilmir.Ona görə də onlar daim əziyyət,zəhmət çəkməyə və bu zəhmətdən zərrə belə olsa xoşbəxt olmamağa məhkumdurlar.O qədər beynimizə yeritmişik ki,heç bir uğur əziyyətsiz olmaz,xoşbəxtlik asan gəlməz və s.və ilaxır.Ona görə də həyat bizə eynisini verir.Sən bunu istəyirsən,bunu seçirsən,bu

müqaviləni də həyatla imzalayırsan.Öz xoşunla həm də.Daha başqa nə gözləyirsən ki..?!

-Yaxşı,bəs sirr nədədir?

+Səndə,məndə,onda,bizdə,insanlıqda..

-Yəni?

+Yənisi odur ki,əziyyəti çəkəcəksən,ağrın olacaq,acını yaşayacaqsan.Ancaq,ömrün boyu acıyla qidalanmayacaqsan.Başa düşürsən..?Bir yerə qədər!Sonra ayaqlarının üstündə durdunmu,yaşamını quracaqsan.Yaşamındakı hakimiyyət acının yox,sənin olacaq!Bax onda deyərəm kamilsən,müdriksən,güclüsən.Yoxsa hər dəfə yıxılıb,qalxıb,sonra yenidən yıxılıb,qalxmaq güc deyil,həm də heç deyil!Seçimlərini dəyişəcəksən,asanlıqla da nələrinsə gələ biləcəyinə inanacaqsan,elə gələn hər şeyi sevgiylə alıb,qəbul etməyi bacaracaqsan.Yoxsa-“nəcəb bu belə asan oldu”-deyib,yolunu kəsməyəcəksən.Hər səhər gözünü açanda-“görəsən bu gün kim məni xoşbəxt edəcək,kim mənə nə yaşadacaq?”deməyəcəksən.”Mən bu gün nə edəcəm,kimlərə sevgimi,sayğımı ötürüb,onlardan gələn gözəllikləri alıb,qəbul edəcəm”deyəcəksən.Bəlkə bir gözünü açdığın üçün şükür duyğusu da gələ..Sevgi deyən kimi ancaq qarşı cins deyil də ilk ağlına bəlkə özün gələsən,əzizlərin gələ,yaşamın gələ,görə bilən gözlərin,duya bilən qəlbin gələ,ayağını basanda hüzur hiss etdiyin yağışdan sonrakı torpaq gələ,onlarca canlı gələ...Çətindi?Çoxmu ağırdı?Bu qədərmi əzabdı gözləmək yerinə özün yaratmaq?Asanlıqları da dərk etmək,duymaq..Ağrı,acı,çətinliyi gözlədiyin qədər,onlara qarşı zirehləndiyin qədər asanlıqları bilmək,onların da gələ biləcəyini qəbul etmək bu qədərmi zülmdü?Yoxsa bayaq dediyimiz zəhmətilə gələn insanın gileyidi xoşbəxtlik?Əgər gileylənəcəksə,öz həyatına,qazandıqlarına yox,ona-buna həsəd aparacaqsa heç gəlməsin o mövqeyə.O elə ən bədbəxt adamdır.

Birdəfəlik dərk etmək lazımdır ki,bunların hamısı biz özümüzük.Hər şey bizdə başlayıb,bizdə də bitir.Yaradanın misilsiz əsəriyik biz. Öncəki cümləni deyə bilməyimiz üçün bizə hər şeyi verib.O,sözsüz ki,bizi ən ali yaradıb.Və sözsüz ki,bizə çox dərin qadirliklər verib.Bu misilsiz canı bizə əmanət edib,səbr və dözümü də üstündə hədiyyə göndərib.Əlavə edib ki,”Unutmayın ki,mən incinmiş qəlblərdə və səbr edənlərləyəm.”O varkən düşərmi ömür boyu acıdan,ağrıdan danışmaq,elə yaşamaq..?!

Sözsüz ki,yaradan da Odur,yaşadan da,yaşamaq üçün hər şeyi verən də.Yaşa,gecikmədən yaşa!...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar