Xəbər lenti
Görün vətəndaşların telefonunu necə ələ keçirirmiş? - ŞƏKİL
Gəncədə danışmaq adı ilə vətəndaşların telefonunu ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə(RPİ) bir nəfər vətəndaşa məxsus mobil telefonun naməlum şəxs tərəfindən danışmaq adı ilə alınaraq daha sonra qaçırılması barədə məlumat daxil olub.
RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş, Rasim Qasımov şəhər ərazisində saxlanılıb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun müxtəlif vaxtlarda ümumilikdə 9 şəhər sakininə qarşı anoloji cinayət hadisəsini törətməsi məlum olub.
Ələ keçirdiyi mobil telefonları tanımadığı şəxslərə satdığını deyən R. Qasımov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar