Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədən Azərbaycana online bağlantı: internet üzərindən nişan mərasimi təşkil edildi (ŞƏKİLLƏR)

Tarix: 27-03-2021 16:04     Baxış: 31 140 A- / A+
Türkiyədən Azərbaycana online bağlantı: internet üzərindən nişan mərasimi təşkil edildi (ŞƏKİLLƏR)


Koronavirus pandemiyası ilə əlaqədar hökm sürən karantin rejimi türkiyəli gənclə onun azərbaycanlı sevgilisini online nişan mərasimi keçirməyə məcbur edib.

Bu haqda Türkiyə KİV-ləri yazır.

Ərzurum bölgəsində yaşayan və yerli İmam Hatip Litseyində peşə dərsləri keçən müəllim Murat Kars 2 il əvvəl Bakıya gələndə Aynura Zeynalova ilə tanış olub. Onlar evlənməyə qərar veriblər. Amma araya pandemiya girib və hər iki ölkədə karantinə görə toylara, nişan mərasimlərinə məhdudiyyət qoyulub. Nəticədə onlar nişanlanmaq üçün pandemiyanın bitməsini gözləməli olublar, amma pandemiyanın uzanması səbəbilə Murat Kars və Aynura Zeynalova internet üzərindən nişan məclisi təşkil etməyə qərar veriblər.

Qız tərəfi Bakıda, oğlan tərəfi isə Ərzurumda toplaşıb. Online nigaha gələ bilməyənlərə isə mərasimi izləmək üçün bağlantı linkləri göndərilib.

Gənclər bir daha valideyinlərinin önündə evlənmək qərarlarını elan edəndən sonra Zeynalovanın nişan üzüyünü ata-anası, Murat Karsın üzüyünü isə Ərzurumdakı ailəsi taxıb. Bağlantı linkləri ilə mərasimi izləyən qohum-əqrəba bu anları alqışlarla qarşılayıb.

"Koronavirus pandemiyasına görə insanların hərəkətləri məhdudlaşdırıldı. Amma virtual aləmdə belə sıxıntı yoxdur. İnternet üzərindən dərslər keçilir, konfranslar təşkil olunur. Bu səbəbdən biz də internet üzərindən nişan mərasimi təşkil etmək qərarı aldıq. Ailələrimiz də qəbul edəndən sonra Bakıda və Ərzurumda toplanan ailələrlə nişan mərasimini keçirdik”,-Murat Kars deyib.

O bildirib ki, toy mərasimini üz-üzə keçirməyi düşünürlər. Və yaz aylarında etməyə hazırlaşdıqları toya qədər pandemiyanın səngiyəcəyinə ümid edirlər.//Virtualaz.org

Manevr.az


Türkiyədən Azərbaycana online bağlantı: internet üzərindən nişan mərasimi təşkil edildi (ŞƏKİLLƏR)
Türkiyədən Azərbaycana online bağlantı: internet üzərindən nişan mərasimi təşkil edildi (ŞƏKİLLƏR)
Türkiyədən Azərbaycana online bağlantı: internet üzərindən nişan mərasimi təşkil edildi (ŞƏKİLLƏR)
Türkiyədən Azərbaycana online bağlantı: internet üzərindən nişan mərasimi təşkil edildi (ŞƏKİLLƏR)
Türkiyədən Azərbaycana online bağlantı: internet üzərindən nişan mərasimi təşkil edildi (ŞƏKİLLƏR)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar