Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qəfil ölən aktyordan nələr qaldı? - 18 yaşlı oğlu, daim yanında olan qızı, yeni başladığı layihə... - ŞƏKİLLƏR

Tarix: 25-03-2021 15:20     Baxış: 3166 A- / A+
Qəfil ölən aktyordan nələr qaldı? - 18 yaşlı oğlu, daim yanında olan qızı, yeni başladığı layihə... - ŞƏKİLLƏR


Xəbər verdiyimiz kimi gənc aktyor, ssenarist Ramiz Hüseynzadə qəfil dünyasını dəyişib. Aktyorun həyat və yaradıcılığında diqqət çəkən məqamları təqdim edirik:

Ramiz Hüseynzadə 1979-cu il sentyabrın 8-də Bakıda anadan olub.

Bir zamanlar Azərbaycanda yumor proqramları arasında “nömrə 1” olan “Tək səbir”in yaradıcılarından olub.
Ramiz müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub. 2008-ci ildən “ARI Production”ın təsisçisi və rəhbəri kimi fəaliyyət göstərib.
Ramiz Hüseynzadə bir sıra sevilən filmlərin ssenaristi olub. Müəllifi olduğu həmin filmlərdə aktyor kimi də iştirak edib və xüsusi bacarığı ilə seçilib.
O, “Toy” (II), “Hippokrat andı”, “Yumurta (II)”, “Hozu”, “Samedik”, “Toydan sonra nağara” və s. filmlərin ssenaristi, prodüseri olub. Çalışdığı filmlərin əksərində aktyor kimi də rol alıb.
Aktyorun ölüm xəbəri yayılan zaman onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilsə də, ardınca ölüm səbəbi dəqiqləşdirilərək beyin qan sızması baş verdiyi açıqlandı.
Mərhumun dostlarının məlumatına görə o, yüksək təzyiqdən əziyyət çəkirmiş. Onun avtomobildə ikən vəziyyətinin pisləşdiyi və elə sükan arxasında dünyasını dəyişdiyi bildirilir.
Ölümündən bir müddət əvvəl yeni layihəyə başlayıbmış. Yeni işləri ilə bağlı çox sevincli imiş. İdarə etdiyi restoranda həftənin müəyyən günləri “Stand-up” şoular təşkil edir, ölkənin tanınmış stəndapçıları həmin məkanda tamaşaçıların qarşısına çıxırmış.

İki oğlu, bir qızı var: İlkin, Abdul, Məryəm... Böyük övladının 18 yaşı var. Sosial şəbəkələrdə paylaşdığı fotolarda daim qızı Məryəmin onun yanında olduğunu görürük.

Allah rəhmət eləsin.

Qəfil ölən aktyordan nələr qaldı? - 18 yaşlı oğlu, daim yanında olan qızı, yeni başladığı layihə... - ŞƏKİLLƏR
Qəfil ölən aktyordan nələr qaldı? - 18 yaşlı oğlu, daim yanında olan qızı, yeni başladığı layihə... - ŞƏKİLLƏR
Qəfil ölən aktyordan nələr qaldı? - 18 yaşlı oğlu, daim yanında olan qızı, yeni başladığı layihə... - ŞƏKİLLƏR
Qəfil ölən aktyordan nələr qaldı? - 18 yaşlı oğlu, daim yanında olan qızı, yeni başladığı layihə... - ŞƏKİLLƏR
Qəfil ölən aktyordan nələr qaldı? - 18 yaşlı oğlu, daim yanında olan qızı, yeni başladığı layihə... - ŞƏKİLLƏR
Qəfil ölən aktyordan nələr qaldı? - 18 yaşlı oğlu, daim yanında olan qızı, yeni başladığı layihə... - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar