Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat etiraz etdi: “Küçənin ortasında hamamda olduğun vəziyyətdə dura bilməzsən”

Tarix: 24-03-2021 11:47     Baxış: 3159 A- / A+
Deputat etiraz etdi: “Küçənin ortasında hamamda olduğun vəziyyətdə dura bilməzsən”

“Bunlar niyə demokratiya ilə özbaşınalığı qarışdırırlar?! Demokratiya sənin hansısa hüququnun məhdudlaşdırılmasıdır. Daha sən gəlib küçənin ortasında hamamda olduğun vəziyyətdə dura bilməzsən! Bu biabrçılıqdır, olmaz belə şey”.

Manevr.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat hesab edir ki, hadisə bilərəkdən törədilyi üçün təkcə mənəvi deyil, eyni zamanda hüquqi məsuliyyətə cəlb edilməlidir: “Əks təqdirdə isə psixoloji vəziyyəti yoxlanılmalıdır. Daxili İşlər Nazirliyi orqanları artıq hadisəyə reaksiya verib, yəqin ki, ictimai qaydanı hansı tərzdə pozduğu dəqiq müəyyən edilib. Hesab edirəm ki, ictimai qaydalar pozulduğuna görə həmin xanım inzibati məsuliyyətə cəlb olunmalıdır. Məsələnin mənəvi tərəfinə gəlincə isə, xalq tərəfindən qınanılmalıdır. Biz azərbaycanlıyıq, özünüməxsus xalqıq. Biz Ukrayna ya başqa dövlətlər deyillik ki, burada belə hallar baş versin. Xalq olaraq hər zaman adət-ənənələrimizə ciddi yanaşırıq”.

T.Kərimlinin sözlərinə görə, belə hallar demokratiyadan daha çox mənəvi dəyərlərlə qorunmalıdır: “Ümumiyyətlə, bunlar niyə demokratiya ilə özbaşınalığı qarışdırırlar? Demokratiya sənin hansısa hüququnun məhdudlaşdırılmasıdır. Daha sən gəlib küçənin ortasında hamamda olduğun vəziyyətdə dura bilməzsən! Bu biabrçılıqdır, olmaz belə şey. Hər ölkənin özünün ictimai yaşayış qaydaları var. Bütün dünya ölkələrində belədir. Misal üçün, İngiltərə demokratik ölkədir, amma bəzi müəssisələrdə geyim qadağaları mövcuddur: dikdabanda gəzməyə, mini ətək geyinməyə və s. icazə yoxdur”.

Qeyd: Bakıda alt paltarında gəzən qız sosial mediada müzakirələrə səbəb olub. Səbail RPİ-nin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı şəxsin 2000-ci il təvəllüdü Sumqayıt sakini olduğu müəyyən olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar