Xəbər lenti
Mobil telefonlarda proqramların dayanmasının səbəbi AÇIQLANDI
Bütün dünyada "Android” sistemi ilə işləyən smartfon sahibləri əməliyyat zamanı tətbiqlərin çökməsindən şikayətlənirlər. Problem sistem komponentlərindən birini yenilədikdən sonra aşkar edilib.
Manevr.az "oxu.az"a istinadən xəbər verir ki, ən çox internet oyunlarını istifadə edən tətbiqlər, internetdən məzmun yükləyən, həmçinin "Gmail” və digərləri iş zamanı dayanır.
"Google” artıq qəza barədə məlumat yayıb və dayanmanın səbəbinin "Android WebView” tətbiqetməsinin səhv işləməsindən qaynaqlandığını, bunun da mobil proqramların qəfil olaraq bağlanmasına səbəb olduğunu bildirdi.
Problemi həll etmək üçün "Android WebView”in ən son versiyalarını "Google Play” mağazasından və "Google Chrome” brauzerindən yükləməlisiniz. Bəzi cihazlarda bu iki tətbiqetmənin parametrlərinə girib bütün yeniləmələri silmək və sonra rəsmi mağaza vasitəsilə yeniləmək lazım ola bilər.
Alternativ olaraq, "Google Chrome”u silmək və sonra yenidən qurmaq olar.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar