Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Əhməd Əhmədzadənin 2 manatlıq şirkətlə sövdələşməsi - Şübhəli tenderlər

Tarix: 22-03-2021 14:03     Baxış: 4315 A- / A+
Əhməd Əhmədzadənin 2 manatlıq şirkətlə sövdələşməsi - Şübhəli tenderlər

Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərən Xızı Suvarma Sistemləri İdarəsi toplam dəyəri 299 312.77 AZN olan iki satınalma müqaviləsi imzalayıb.

Manevr.az hit.az-a istinadən xəbər verir ki, müqavilələrdən biri "Körpü-Bina Construction” MMC, digəri isə fərdi sahibkar Fərzəliyev Sabir Təvəl oğlu ilə bağlanıb. "Körpü-Bina Construction” MMC ilə imzalanan və maliyyə dəyəri 249707.93 AZN təşkil edən müavilədə cari təmir işləri üçün mal-materialın, Sabir Fərzəliyevlə bağlanan 49604.84 AZN-lik müqavilədə isə nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Körpü-Bina Construction” MMC 23 sentyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Beyləqan rayonu Eyvazallar kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Nəsirli Tural Vasif oğludur.

Açıq mənbələrdə nə şirkət, nə də onun qanuni təmsilçisi barədə məlumat var.
Araşdırmalarımız zamanı o da bəlli olub ki, “Körpü-Bina Construction” MMC ilə eyni ünvanda daha bir şirkət yerləşir. Bu, “AKB Construction” MMC-dir. Şirkət 5 avqust 2020-ci ilə tarixdə qeydə alınıb. Nizamnamə kapitalı 4 AZN-dir.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin, onun tabeliyində olan qurumların keçirdiyi satınalma müsabiqələrində adətən bu tip şirkətlər qalib gəlir. Bu da tenderlərin şəffaf, qanunamüvafiq şəkildə keçirilmədiyi barədə şübhələri artırır.

Onu da qeyd edək ki, ASC sədri Əhməd Əhmədzadə oliqarx məmurlardan hesab edilir. Yaxın ətrafı onu “Baron” adlandırır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar