Xəbər lenti
Kişilərin müəyyən qadın bədən tiplərinə üstünlük verməsinin səbəbi
Ostin Texas Universitetində aparılmış müasir kişilərin qövsvari belə malik qadınları tərcih etməsini tarixdən əvvəlki təsirlərlə əlaqələndirən psixoloji araşdırma bu günün gözəllik standartlarına yeni işıq gətirmişdir. "Təkamül və insan davranışı"nda onlayn dərc olunmuş araşdırma kişilərin "belin aşağı hissəsinin əyilməsinin nəzəri olaraq optimal bucağı"na, yəni beldən aşağıya doğru 45.5 dərəcə qövsə malik olan və beləliklə çoxsaylı hamiləlikləri başa çatdıra bilən qadınlara üstünlük verməsinə həsr olunmuşdur.
"Bu araşdırma ilə bağlı heyrətamiz olan odur ki, insanın bədən quruluşunun - bu halda bel qövsünün - cinsləri fərqləndirən xüsusiyyəti ilə cazibədarlığın təkamülə dayanan standartı arasında sıx bağlılığın olması ayrıca bir elmi illustrasiyadır" - deyə araşdırmanın həmmüəlifi, Ostin Texas Universitetinin psixologiya üzrə professoru Devid Bas (David Buss) söyləyib. "Bu,gözəlliyin təsadüfi, yaxud sosial elmlərin əsas istiqamətlərinin inandığı kimi, baxanın zövqünə görə olmaması, əksinə əlaqəli adaptiv məntiqə söykənməsini sübut edən dəlillər yığınına bir əlavədir." Ostin Texas Universitetinin məzunları və Bilkent Universitetinin psixoloqu Devid Luis (David Lewis) tərəfindən aparılan bu tədqiqat iki hissədən ibarətdir. Birinci hissə onurğanın yığılmasına - qadınların belinin aşağı hissəsində mövcud qövsə təsir göstərə bilən dayaq bel xüsusiyyətinə yönəlmişdir.
Manevr.az yasilelm.com-a istinadən bildirir ki, təxminən 100 kişi təbii spektrdən başlayaraq nümayiş olunan bel qövslərinin müxtəlif manipulyasiya edilmiş cazibədar təsvirlərini qiymətləndirmişdir. Kişiləri daha çox bel qövsünün 45 dərəcə olduğu hipotezi əks etdirən qadın təsvirləri cəlb etmişdir.
"Belin bu strukturu hamilə qadınlara öz çəkilərini çanaqları üzərində tarazlamağa kömək etməli idi," - deyə Luis bildirib. "Bu qadınlar hamiləlik zamanı yemək axtarmasına və bel zədələrindən əziyyət çəkməməsinə təsir göstərməli idi. Öz növbəsində, bu qadınlara üstünlük verən kişilər dölə və gələcək nəsilə daha yaxşı təminat verən, zədəsiz çoxsaylı hamiləlik daşıya bilən yoldaşa sahib olacaqdı." İkinci hissə belə bir suala yönəlmişdi: kişilər daha böyük yanları qabartdığına görə, yoxsa həqiqətən də beldəki bu bucağın özü ilə əlaqədar, bu bucağa üstünlük verirlər?
Təxminən 200 kişiyə 45 dərəcəlik qövs saxlanmaqla, müxtəlif yan ölçüsünə və onurğa əyilməsinə malik qadınların təsvirləri təqdim olunmuşdur. Kişilər yan ölçüsündən asılı olmayaraq, optimal ölçüyə yaxın bel qövslərinə malik qadınlara üstünlük vermişlər. "Bu, nəticə etibarilə bizə göstərməyə imkan verdi ki, kişilər yanları üzərində spesifik bel qövsü bucağına malik qadınlara üstünlük verir," - deyə Arlinqton Texas Universitetindən ziyarətçi tədqiqatçı, araşdırmanın həmmüəllifi Erik Rassel (Eric Russel) bəyan edib.
Bu bədən strukturu və kişilərin psixoloji tərcihi min illər ərzində təkamül etmişdir və bir gecədə yox ola bilməz. "Təkamülün təsirləri və müasir insan psixologiyası, həmçinin bizim cazibədarlıq standartlarımız arasındakı bu sıx bağlılıq təkamülə dayanan yanaşmanın yalnız təbii elmlərə deyil, həm də sosial elmlərə münasibətdə biliklərimizi genişləndiməkdə faydasını vurğulayır," - deyə Luis bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar