Xəbər lenti
Kişi və qadın beyni arasında fərq tapıldı
Elm adamları kişilər və qadınlar arasındakı düşünmə və davranış fərqinin arxasında sahib olduqları müxtəlif beyin strukturları ola biləcəyini ortaya qoydular. Tədqiqatda qadın və kişi beyinlərində sinir əlaqələri düzülüşünün fərqlilik göstərdiyi məlum oldu.
Yeni bir tədqiqat qadın və kişi beyni arasındakı fərqliliklərdən birini təsdiq etdi. ABŞ Milli Elmlər Akademiyası tərəfindən dərc olunan məqaləyə görə, tipik kişi beynindəki sinir əlaqələri araşdırdı. Belə ki, kişilərdə sinirlər arasında əlaqələrin beynin eyni yarımkürəsindəki ön və arxa tərəfləri arasında qurulduğu aydın oldu. Qadın beynində isə sinir əlaqələri daha çox sağ və sol yarımkürələr arasında, bir tərəfdən digər tərəfə doğru düzülür. Kişilərin xəritədə istiqamət tapmaq və əzələ nəzarəti kimi mövqeyi sahələrdə, qadınların isə yaddaş və intuisiya kimi şifahi sahələrdə daha yaxşı olması sinir əlaqələrinin düzülüşündəki fərqlərlə əlaqəlidir.
Manevr.az yasilelm.com-a istinadən bildirir ki, alimlər keçmişdə "psixoloji təcrübələrlə" açıqlana bilən qadın və kişilər arasındakı zehni fərqlərin ilk dəfə fiziki xüsusiyyətlərdəki dəyişikliklərlə açıqlana bildiyini qeyd etdilər. Tədqiqata görə, beyin sinirlərinin bağlarındaki fiziki fərqlər yetkinlik dövründə meydana gəlir. Bundan başqa tədqiqatçılar tapıntının qadın və kişilərin düşüncə quruluşundakı fərqləri öyrənməklə yanaşı, cinsiyyətlə əlaqəli psixoloji narahatlıqların başa düşülməsinə də köməkçi olacağını bildirdilər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar