Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Ermənistanla sərhədi möhkəmləndirir - Yeni hərbi hissə yaradıldı

Tarix: 19-03-2021 19:12     Baxış: 4165 A- / A+
Azərbaycan Ermənistanla sərhədi möhkəmləndirir - Yeni hərbi hissə yaradıldı

Martın 19-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması mü¬nasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda tədbirin Vətən Müharibəsində xalqımızın haqq mübarizəsinin tarixi zəfərlə başa çatması, şanlı qələbənin coşqusunun yaşandığı dövrə, eləcə də milli-mənəvi irsimizin və ənənələrimizin rəmzi sayılan Novruz bayramı ərəfəsinə təsadüf etməsi xüsusi vurğulanmışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, o cümlədən Ermənistan Respublikası ilə dövlət sərhədinin azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə qısa müddət ərzində artıq sayca dördüncü hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının azad edilmiş dövlət sərhədlərimizin etibarlı mühafizə altına götürülməsi prosesi üçün böyük əhəmiyyət kəsb etməsi qeyd olunub.

Çıxışda Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən Azərbaycan sərhədçisinin bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət apararaq dövlət maraqlarının müdafiəsini təmin etməkdən qürurlandığı, ölkəmizin müqəddəs hüdudlarının toxunulmazlığının təmin edilməsi kimi şərəfli vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəyinə əminlik bildirilib.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib.

Mərasimdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndələri də iştirak etmiş, yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması və Novruz bayramı münasibətilə Azərbaycan sərhədçilərini təbrik etmiş, dövlət sərhədlərinin etibarlı mühafizəsi kimi fədakar fəaliyyətlərində xidməti müvəffəqiyyətlər arzulayıblar.

Sonra mərasim iştirakçıları sərhəd komendantlığının hərbi qulluqçularının xidməti-döyüş fəaliyyətinin yerinə yetirilməsi üçün yaradılmış şəraitlə tanış olublar.

Manevr.az
Azərbaycan Ermənistanla sərhədi möhkəmləndirir - Yeni hərbi hissə yaradıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar