Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ekspertlər: Məktəblər uzun müddətə bağlanacaq - Video

Tarix: 19-03-2021 17:57     Baxış: 4313 A- / A+
Ekspertlər: Məktəblər uzun müddətə bağlanacaq - Video

Britaniya ştammının ölkəmizdə yayılması məktəblərin uzunmüddətli distant təhsilə keçməsinə səbəb ola bilər.

Manevr.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib.

“Bu ştammın yoluxuculuq qabiliyyəti yüksəkdir və o, uşaqlar üçün təhlükəli hesab edilir. Məktəblərdə də virus sürətlə yayıla bilər. Britaniya ştammının uşaqlar üçün təhlükəli olmasını nəzərə alsaq, hesab edirəm ki, məktəblərdə ənənəvi tədris yenidən dayandırıla bilər”, - o bildirib.

Məsələ ilə bağlı saytımıza danışan Təhsil eksperti Kamran Əsədov da bildirib ki, bu ştammdan sonra məktəblərin bağlanması qaçılmazdır:

“Məktəblərdə fevralın 1-dən bu günədək qeydə alınan koronavirusa yoluxma statistikası ürəkaçan deyil. Yoluxma halları tədris müəssisələrinin fəaliyyətinə birbaşa təsir göstərir. Təəssüflər olsun ki, bu gün təhsil müəssisələrində və onların qarşısında pandemiya qaydalarına riayət olunmur. Əlbəttə ki, Britaniya ştammının yayılmasından sonra virusa məktəblərdə yoluxma sayının daha da artması ehtimalı qaçılmazdır. Məktəblərdə 1.6 milyon şagird, 150 min müəllim çalışır və bu, kütləvi hərəkəti özündə əks etdirir. Belə olan halda bu ştamma yoluxma sürətinin qarşısını almaq üçün məktəblərin bağlanması barədə qərar qaçılmazdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar