Xəbər lenti
Bir il öncə cəzadan azad olunan şəxs də əfvə salınlb(?)
Əfv sərəncamı Qarabağ qazisinin oğluna niyə şamil edilmir?
Prezident dünən imzaladığı əfv sərəncamı ilə növbəti dəfə humanist addım atdı. Siyahını tərtib edib dövlət başçısına təqdim edənlərin məntiqini isə anlamaq olmur.
Təsəvvür edin, bir il qabaq icbari cəza müddəti başa çatan şəxs də əfvə salınlb. Hətta rayonda dincələn “əfv yiyəsi”nə penitensiar xidmətdən zəng edilib, televiziya çəkilişinə də dəvət edilib.(?)
Amma yetkinlik yaşına çatmayan məcburi köçkün qazi ailəsinin oğlu Elməddin Mehdi oğlu Kərimovun orta məktəb yoldaşı qızın sevgi mesajına qarşılıqlı cavab verməsinə görə 5 il sonrakı hökmlə “mükafatlandırıldığı” 5 illik həbs cəzasının qalan 1 il iki ayını bağışlamağı da əfv komissiyası lazım bilməyib. Bilsəydi, dövlət başçısının imzasına təqdim edərdi. Ümumiyyətlə, komissiyanın obyektivliyini şübhə altına alan yetərincə bilgilər var. Elə eks-deputat və komissiya üzvü, hazırda Azərbaycan Respublikasının Ukraynadakı səfiri Elmira Axundovanın oğlunun iş ortaqlarını əfvə salacağını vəd etməsi də rəsmi səviyyədə vurğulanıb . Belə çıxır, əfvə düşmək üçün də adamın olmalıdır?
Xatırladaq ki, məcburi köçkün qazi oğlu Elməddin Kərimovun əfv olunması üçün komissiyanın bütün üzvlərinə müraciət edilib və onun əsassız olaraq sevgi mesajlaşmasına görə həbsinin qanunsuzluğu şübhə doğurmur . Cinayət Prosessual Məcəllənin tələbinə uyğun olaraq, yetkinlik yaşına çatmayan şəxslərin törətdikləri cinayətlər üzrə müddət 2 dəfə azaldılır yəni 2013-cü ildə baş verən “sevgi cinayətinə” 2017-ci ildə baxıla bilməz. Çünki müddət keçib. Eyni zamanda, məcburi köçkün qazi ailəsi dəfələrlə uşaqlarının işinə yenidən baxılmasını tələb etsələr də, müddətin keçməsi səbəbi ilə baxılmır. Qalır, prokurorun protest verməsi, o da həyata keçmir. Bir sözlə, Prezidentin xoş məramını əfv komissiyası və penitensiar xidmət yerə vurdu.
Məğrur Bədəlsoy

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar