Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Məmurlar düşünməsinlər ki, Qarabağı hasarlayıb orada villa tikəcəklər...“ - Rasim Balayev

Tarix: 18-03-2021 18:16     Baxış: 4294 A- / A+
“Məmurlar düşünməsinlər ki, Qarabağı hasarlayıb orada villa tikəcəklər...“

İşğaldan azad edilən ərazilərimizdə Azərbaycan dövlətinin əsas prioritetlərindən biri quruculuq və yenidənqurma işlərinə start vermək oldu. Qısa zamanda Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, Şuşaya tez-tez səfər etməsi özü-özlüyündə deyilənlərin sübutudur.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev ölkə başçısının bu səfərlərinin daha daha çox siyasi məna kəsb etdiyini, dünyaya mesaj verdiyini deyib:

“Prezidentin tez-tez Şuşaya, ümumiyyətlə işğaldan azad olunmuş yerlərə yollanması çox müsbət haldır. Mən özüm də getmək istəyirəm, amma qoymurlar, deyirlər hələ ki, minalar var. Tez-tez insanlar minaya düşür, xəbərlər yayılır və s. Prezidentimizin o yerlərə yollanması çox gözəldir, bu səfərlər bütün dünyaya bir mesajdır. Hamıya bildirilir ki, baxın, Qarabağ Azərbaycanındır. Prezidentin Hadruta bayraq sancması, orada inşaat başlayanda özülünə şəxsən özünün bünövrə tökməsi buna misaldır. Prezident bildirir ki, “Artsax” cəhənnəmə getdi və biz həmin yerləri ən gözəl guşələrə çevirəcəyik".

Aktyor bəzi məmurların Şuşaya “hücum” cəhdləri barədə danışaraq, səfərin onlar üçün də bir mesaj olduğunu vurğulayıb. O, bəzi məmurların bu niyətinin arxasında nələrin dayandığını hər kəs başa düşdüyünü qeyd edib:

“Prezident bir müddət əvvəl bizim məmurlara səsləndi. Dedi ki, “məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar, mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm”. Məmurlar elə bilməsinlər ki, gedib orada hərəsi bir yeri hasara alıb villalar tikəcəklər. Prezidentin bu səfərləri bir növ də həmin məmurlara da mesajdır ki, boş xəyallara düşməsinlər. Biz Qarabağı ona görə almamışıq ki, onlar gedib torpaqları alıb, hasarlasınlar.

Orada hər şey Prezidentin tapşırığı ilə olacaq, planlı şəkildə Qarabağ abadlaşdırılacaq. Şuşa gözəl məkana çevriləcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar