Xəbər lenti
Müəllimlərin işə qəbulu qaydası dəyişdirilir
Novruz bayramı ərəfəsində müəllimlərin işə qəbulu (MİQ) prosesi ilə bağlı bir neçə yenilik ictimaiyyətin diqqətinə çatdırılacaq.
Manevr.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, MİQ nə qədər düzgün tənzimlənərsə, bu müəllim olmaq istəyən şəxslərin xeyrinə olacaq:
“Kənd yerlərində, xüsusilə də həmin ərazilərdə yaşamayan gənc məzun müəllimlər 5 il ucqar kənddə işlədikdən sonra MİQ-də təkrar iştirak etdiyi zaman ona əlavə bal vermək nə qədər ədalətlidir? Məncə ədalətlidir. Çünki o, ucqar kənddə elə də asan olmayan şəraitdə işləyir. Ölçmə baxımından isə 2-3 bal az yığanda, yaxud əlavə bal verəndə yüksək bal toplaya bilər”.
E.Əmrullayev qeyd edib ki, MİQ-in məzmunu ilə bağlı ciddi müzakirələr aparılmalıdır:
“Bəzi suallar çox nəzəridir. Düzdür, hər bir müəllim öz fənnini bilməlidir. MİQ-də daha çox kompüterə etibar edirik. Lakin kiminləsə müsahibə edəndə, deyəndəki sizi müəllim kimi görmürük o zaman ciddi sosial narazılıqlar yaranır”.
“Müəllimlərin işə qəbulu zamanı kənar halların olması ilə bağlı kifayət qədər ciddi yoxlamalarımız olur və proses mütəmadi davam edir. Nəticələrin ilin sonuna qədər ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Müəllimlərin işə qəbulunun yalnız bir yolu var və bu da MİQ-dir”, - o vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar