Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyada bir ilk: Koronavirusa qarşı anticisimləri olan körpə doğulub

Tarix: 18-03-2021 07:31     Baxış: 3142 A- / A+
Dünyada bir ilk: Koronavirusa qarşı anticisimləri olan körpə doğulub

ABŞ-ın Florida ştatında hamiləlik dövründə koronavirusa qarşı peyvəndin ilk dozasını vurduran tibb işçisi COVID-19-a qarşı anticisimləri olan körpə dünyaya gətirib. Elm adamlarının sözlərinə görə, bu elmə məlum olan ilk hadisədir.

Bu barədə WPBF telekanalı xəbər yayıb.

Pediatrlar Pol Gilbert və Çad Rudnik bildiriblər ki, qadın 36 həftəlik hamilə olarkən “Moderna” peyvəndinin ilk dozasını vurdurub. Üç həftə sonra onun qızı dünyaya gəlib. Bundan sonra mütəxəssislər ondan qan testi götürüblər.

“Anticisimlərin anadan körpəyə keçib-keçmədiyini yoxlamaq üçün körpənin göbəkbağını yoxladıq”, - deyə pediatr Gilbert bildirib. Onun sözlərinə görə, nəticədə uşağın COVID-19-a qarşı anticisimləri olduğu aşkarlanıb.

“Bildiyimiz qədəri ilə, peyvənddən sonra anticisimli körpənin dünyaya gəlməsi dünyada ilk hadisədir”, - deyə o vurğulayıb.

Pediatr Rudnik isə yaxın aylarda peyvənd vurdurmuş analar tərəfindən minlərlə körpənin dünyaya gələcəyini deyib.

Bununla belə, elm adamları hamiləlik dövründə SARS-CoV-2 peyvəndinin təhlükəsizliyini və effektivliyini yoxlamağın lazım olduğunu bildiriblər. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar