Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əlilliyi olan şəxslərə, qazilərə ögeylik sərgilənir, qanunun onlara verdiyi imtiyazları məmurlar mənimsəyir

Tarix: 17-03-2021 19:18     Baxış: 2305 A- / A+
Əlilliyi olan şəxslərə,  qazilərə ögeylik sərgilənir, qanunun onlara verdiyi imtiyazları məmurlar mənimsəyir


Yerli qanunvericilik aktları, uluslararası konvensiyalar əlilliyi olan şəxslərə qarşı hər cür ayrı-seçkiliyi yolverilməz sayır. Di gəl, qanun – qayda əlilin , onun hüquqlarının yanında olsa da, qanunu, hüququ yerinə yetirib təmin etməli olan məmur qanunsuzluğun, hüquqsuzluğun yanında olduğundan sosial-iqtisadi yaşamın bütün sahələrində əlillərə qarşı ayrı-seçkilik, ögeylik hökm sürür.
Təsəvvür edin, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu əlillərin sosial infrastrukturla, rabitə -kommunikasiya texnologiyaları ilə pulsuz təminatını doğrulasa da, Qarabağ qazisindən eyni telefon nömrəsinə görə iki dəfə çəkiliş haqqı, aylıq 2 manat əvəzinə 8 manat abunə haqqı inhisarçı mövqedən yararlanılaraq zorla alınıb! (?) Və heç bir dövlət qurumu, insan hüquqları müdafiəçiləri açıq-aşkar rüşvət, korrupsiya özbaşınalığına hüquqi qiymət verilməsini təmin etmir! Əksinə, hamısı zavallı əlili borclu çıxarır ki, məmurun “cəzasızlıq prezumpsiyası” var (?)
Əlilliyi olan şəxslər, qazilər, daha çox, saxta , reklam xarakterli “qayğı” ilə çevrələnib , gerçək reabilitasiya tədbirləri həyata keçirilmir . Baxın, bəlirli kateqoriyadan olan əlillərə, qazilərə reabilitasiya vasitəsi kimi texniki vasitələrin verilməsi necə reklam olunur! Əlbəttə , dövlətin sözügedən “əlil avtomobili” ilə təminat qayğısı alqışa dəyər, amma avtomobillərin özlərinin texniki göstəriciləri əlillərin spesifik tələbatlarına cavab vermir axı! Sovet dönəmində (Böyük Vətən) Müharibəsi əlillərinə el arasında “Zapı” deyilən, əllə idarə olunan və ən prestijli “güzgü” qeydiyyat nişanlı avtomobillər verilirdi. İndi Qarabağ Vətən Müharibəsi qazilərinə mexaniki qutulu maşınlar verilməsi bir yana, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6.1 maddəsinə əsasən, öz pulları ilə də istədikləri nömrəni almağa Baş Dövlət Yol Polisi İdarəsi “əlil avtomobili nədir, 001-lə başlayan nömrə nədir?!” prinsipi(allığı) ilə qadağa qoyub. Bazarda avtomat qutulu maşınlar hökmranlıq etdiyi halda, onlardan baha sənədləşdirilən “mexanika” əlil maşınları”na üstünlük verilməsi anlaşılan deyil və reabilitasiyadan daha çox “alver vasitəsi” rolunu oynayır.
Mənzil təminatına gəldikdə, bu reabilitasiya növü də, sosial məmurların alver predmetinə çevrilib. Qanunvericiliyin tələblərinə görə, FƏRDİ BƏRPA PROQRAMINA UYĞUN OLARAQ ƏLİLLƏR BİNANIN NÖVÜNÜ, MƏRTƏBƏSİNİ, ABADLIQ VƏZİYYƏTİNİ və YAŞAYIŞ ÜÇÜN VACİB OLAN DİGƏR ŞƏRTLƏRİ NƏZƏRƏ ALMAQLA YAŞAYIŞ SAHƏSİNİ SEÇMƏK HÜQUQUNA MALİKDİRLƏR. Amma kimdir onlara bu hüququ verən? 1-ci dərəcəli əlillərin mənzillərlə təminatını qanun NÖVBƏDƏNKƏNAR saysa da, sosial məmurların saydığı qanunsuz rüşvət pullarıdır. RÜŞVƏT VERMİRSƏ, NƏ QANUNVERİCİ HAKİMİYYƏTİN , NƏ DƏ MƏHKƏMƏ HAKİMİYYƏTİNİN DÖVLƏTİN ADINDAN ÇIXARDIĞI AKTLARIN QAZİYƏ BİR QƏPİKLİK DƏYƏRİ OLMAYACAQ! Qanunun tələbinə görə, MƏNZİL BÖLGÜSÜ ZAMANI ƏLİLLƏRİN İŞ YERLƏRİNİN , QOHUMLARININ YAŞAYIŞ YERLƏRİNİN, BƏRPA MÜƏSSİSƏLƏRİNİN YAXINLIĞINDA MƏNZİLLƏR AYRILMASINA OLAN TƏLƏBAT NƏZƏRƏ ALINMALIDIR. Amma kimdir, qanuna, əlilin tələbatına baxan? ! Təsəvvür edin, bərpa mərkəzləri , iş yerləri , qohum-qardaşları Bakının içində olan qazilərə şəhərdən 60-80 kilometr məsafədə “xalaxətrin qalmasın” mənzilləri ayrılır. Halbuki, necə deyərlər, şəhərdə mənzil əlindən tərpənmək olmur. Amma yox, o mənzillər qazilərə verilə bilməz! Qanunun dediyinə baxın, məmurun fantaziyasına , ayrı-seçkiliyin dərəcəsinə baxın! Uzağa niyə gedək, elə dünən idi, Bakının Xətai rayonunda prokurorluq işçilərinə 160 mənzilli yaşayış kompleksi ayrıldı. Bir neçə gün öncə isə qazi və şəhid ailələrinə Ramanada 50 mənzil ayrılmışdı. AYRINTIYA, AYRI-SEÇKİLİYƏ BAXIN, GƏLİRİ 10-15 QAZİNİN MÜAVİNƏTİNDƏN DƏ ÇOX OLANLAR , ALTINDA 10 -15 “ƏLİL MAŞINI”NIN DƏYƏRİNDƏ AVTOMOBİL GƏZDİRƏNLƏR Bakının Xətai rayonunda , qazilər Ramanada mənzillərlə təmin olunur!

...Əlilliyi olan şəxs olmaq da, qazi, şəhid olmaq da Tanrı yazısıdır. Qaziyə, şəhidə məmur ayrı-seçkiliyini isə Tanrı yazmaz!

Məğrur Bədəlsoy

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar