Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Operativ Qərargahın statistikası heç bir işə yaramır” – İlqar Məmmədov

Tarix: 17-03-2021 18:42     Baxış: 3298 A- / A+
“Operativ Qərargahın statistikası heç bir işə yaramır” – İlqar Məmmədov

“Hər yanvar Azərbaycanda ən azı 4900, ən çoxu 6085 nəfər adam ölür. 2015-2020-ci illərdə hər il belə olub. Orta hesabla 5313. Bu ilin yanvarında isə birdən-birə 7972 nəfər həyatını itirdi. Orta rəqəmdən 2659 nəfər çox. Operativ Qərargahın məlumatına görə, yanvar ayında koronavirusdan cəmi 491 nəfər ölmüşdü. Bəs yaxşı, onda bu 2168 əlavə ölüm hardandır? Özü də karantinin gur ayında! Söhbət yenə gəlib çıxır o məsələyə ki, Azərbaycanda əhalinin yarısı və daha çoxu artıq virusa yoluxub. Ölənlər ölüb, sağ qalanlar sağ qalıb. Bunu dəfələrlə digər rəqəmlər üzərindən də göstərmişəm. Heç bir karantin bu gedişatı durdurmayıb və durdura bilməz”.

Manevr.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.

İ.Məmmədov qeyd edib ki, karantin özü də öldürücüdür: “Əlavə ölümlərin bir hissəsi, bəlkə də böyük əksəriyyəti elə karantinin nəticəsidir.

Bir daha sübut olunur ki, Operativ Qərargahın statistikası heç bir işə yaramır, onun əsasında “elmi əsaslı” qərarlar vermək olmaz. Xüsusilə də karantinin sərtləşdirilməsi haqda”./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar