Xəbər lenti
Qadağalar tətbiq olunsun, yoxsa... - İnfeksionist

Ölkədə Britaniya ştammı qeydə alınmasa da, son günlər artan yoluxma sayından sonra sərt karantinə gedilməsi məqsədəuyğun olar.
Manevr.az xəbər verir ki, bunu axar.az-a ölkəmizdə Britaniya ştammının olması və buna görə sərt karantinin tətbiq ediləcəyi ilə bağlı iddialar barədə danışan infeksionist Mərdan Əliyev deyib.
O Azərbaycanda bu ştammın olması ehtimalının mümkünlüyünü bildirib:
“Qonşu ölkələrdə qeydə alınan bu ştammın bizdə də olması mümkündür. Ümumiyyətlə isə bu ştamm qeydə alınmasa belə yoluxma sayında xeyli artım müşahidə olunur. Yumşaldılmalar öz mənfi nəticələrini artıq göstərir. Qarşıdan gələn bayram günləri ilə əlaqədar bölgələrə gediş-gəliş, insanlar arasında təmas artacaq. Bu, bayramdan sonra yoluxma sayında daha da artım olması ehtimalını saxlayır. Buna görə SMS icazənin tətbiqi və bölgələrə gediş-gəlişin qadağan edilməsi mümkündür. Hesab edirəm ki, bu qadağaların yalnız bayram günləri ilə əlaqədar qeyri-iş günlərində tətbiq edilməsi lazımdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar