Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Çörək yenə bahalaşdı – 83 qəpiyə...

Tarix: 17-03-2021 15:37     Baxış: 3156 A- / A+
Çörək yenə bahalaşdı


Çörəyin qiymətində artım dinamikası fevral ayında da davam edib. Fevralda müxtəlif növ çörəyin dəyəri ötən ilin eyni ayına nisbətən 4,1 faiz artıb.

Manevr.az sfera.az-a istinadən xəbər verir ki, illik müqayisədə çörəyin qiymətində artım sürəti yanvarda 3,1 faiz, 2020-ci ilin dekabrında 2,8 faiz, noyabrda 2,7 faiz olmuşdu.

Bahalaşmadan sonra bir kiloqram buğda unundan hazırlanan çörəyin orta qiyməti 83 qəpiyə yüksəlib. Çörəyin qiyməti yanvarda 82 qəpik, dekabrda 81 qəpik idi.

Ötən ilin yanvar və fevral aylarında da çörəyin bir kiloqramı 81 qəpik olub.

Çörək məhsulları arasında ən çox bahalaşma çovdar və qarışıq undan hazırlanan çörəkdə qeydə alınıb. Çovdar çörəyinin bir kiloqramının dəyəri 2021-ci ilin fevralında 2020-ci ilin fevralında nisbətən 5 faizdən çox artaraq 1 manat 23 qəpik olub. Yanvarda çovdar çörəyinin dəyəri 1,22 manat, ötən ilin fevralında 1,17 manat idi.

Qarışıq undan hazırlanan çörəyin bir kiloqramının qiyməti 2021-ci ilin fevralında 1 manat 11 qəpik olub. Yanvarda qarışıq undan hazırlanan çörəyin qiyməti 1,1 manat, ötən ilin fevralında 1,04 manat təşkil edib. İllik müqayisədə qarışıq undan hazırlanan çörək 6,73 faiz bahalaşıb.

Çörəyin bahalaşmasında əsas səbəb unun bahalaşması olub. Buğda ununun kiloqramının dəyəri bu ilin fevralında 1 manat 17 qəpik, yanvarda 1,14 manat, ötən ilin fevralında 1,09 manat təşkil edib. İllik müqayisədə unun qiymətinin 7,34 faiz artmasını görürük.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar