Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Regionda bananı ən baha qiymətə biz yeyirik - QİYMƏTLƏR

Tarix: 17-03-2021 11:52     Baxış: 3185 A- / A+
Regionda bananı ən baha qiymətə biz yeyirik - QİYMƏTLƏR


Yola saldığımız 2020-ci ildə Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 38 milyon 752 min dollar olan qurudulmuş və təzə halda 54 min 339,6 ton banan gətirilib.

Manevr.az yeniavaza istinadən bildirir ki, aparılan hesablamalar göstərir ki, ötən il idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri 1 manat 20 qəpik (71 sent) təşkil edib.

Bu ilin yanvar ayında isə xarici ölkələrdən ümumi dəyəri 3 milyon 313,7 min dollar olan qurudulmuş və təzə halda 4 min 650,6 ton banan gətirilib. Ötən ildə olduğu kimi bu ilin yanvar ayında da xaricdən gətirilən bananın 1 kiloqramının gömrük dəyəri 1 manat 20 qəpik (71 sent) olub.

Məlumat üçün qeyd edək ki, hazırda marketlərdə banan gömrük dəyərindən təxminən 2 dəfə baha satılır. Belə ki, marketlərdə satılan bananın 1 kiloqramının orta qiyməti 2 manat 40 qəpik (1,41 dollar) təşkil edir.

Onu da bildirək ki, bananın qiyməti qonşu Gürcüstan və Ermənistandan bahadır. Yeniavaz.com-un açıq internet resurslara istinadən apardığı müqayisə göstərir ki, Gürcüstanda bananın 1 kilorqamı 1,18 dollara, Ermənistanda isə 1,25 dollara satılır.

Region ölkələrində bananın orta qiyməti aşağıdakı kimi olub:

Azərbaycan - 1,41 dollar
Qazaxıstan -1,38
Türkiyə - 1,33 dollar
Ermənistan - 1,25 dollar
Gürcüstan - 1,16 dollar
İran - 1,15 dollar
Belarus - 1,15 dollar
Rusiya - 1,10 dollar


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar