Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bayram günlərində “SMS icazə” tətbiq edilə bilər: Bu şəxslərə şamil olunacaq - AÇIQLAMA

Tarix: 16-03-2021 12:41     Baxış: 3265 A- / A+
Bayram günlərində “SMS icazə” tətbiq edilə bilər: Bu şəxslərə şamil olunacaq - AÇIQLAMA


Koronavirusa yoluxmanın son günlər ərzində artması bayram ərəfəsində "SMS icazə"nin tətbiqi məsələsini aktuallaşdırıb.

Lakin vaksinasiya olunan şəxslər bu icazənin onlara şamil edilməsinin zəruri olmadığı qənaətindədir.

Bəs, görəsən, doğurdan da icazə sistemi yalnız vaksinasiya olmayan şəxslərə tətbiq edilə bilər? Koronavirus əleyhinə peyvənd olunanlar üçün risk yoxdurmu?

Manevr.az
xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a radioloq həkim Aydın Əliyev vaksinasiya olunan insanlara məhdudiyyət tətbiq edilməsinin doğru olmadığını bildirib:

"Məlum olduğu kimi ölkə üzrə yanvar ayından etibarən koronavirus əleyhinə vaksinasiyaya start verilib. 450 mindən çox insan artıq peyvənd olunub. Peyvənd insanda immunitet formalaşdırır və bu xəstəliyin ağır keçməməsinə, yoluxduruculuğa təsir edir.

Bayram günləri vaksin olunmuş şəxslərə hər hansı məhdudiyyətin tətbiq edilməməsi düzgün olardı. Çünki bu şəxslər risk daşımır və demək olar ki, yoluxduruculuq qabiliyyəti də çox aşağı olur. "SMS icazə"nin yalnız vaksinasiya olunmayana insanlara tətbiqi daha doğrudur. Bu yoluxma sayının kəskin artmaması üçün faydalı olardı".

Məlumat üçün qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda Çinin "SinoVac” şirkətinin istehsal etdiyi "CoronoVAC” vaksinindən istifadə edilir. Peyvəndləmə bütün respublika üzrə könüllü və dövlət hesabına aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar