Xəbər lenti
Eldar Əzizov xanım müavinini işdən AZAD ETDİ

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova vəzifəsindən azad edilib.
Manevr.az-ın məlumatına görə, BŞİH-dən modern.az-a bildirilib ki, Fidumə Hüseynova öz ərizəsi əsasında vəzifəsindən azad olunub.
Bildirilib ki, hələlik boş qalan vəzifəyə təyinat aparılmayıb.
Xatırladaq ki, Fidumə Hüseynova 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışırdı. O, daha əvvəl - 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib.
Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olmaqla yanaşı, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərib.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar