Xəbər lenti
Bu gündən Türkiyəyə səfər edənlər “sağlamlıq kodu” təqdim etməlidir
Türkiyə hökumətinin “sağlamlıq kodu”nu (HES code) almaq üçün respublikaya girən bütün sərnişinlərdən elektron sorğu anketləri doldurması tələbi bu gündən qüvvəyə minib.
Bu barədə Türkiyə Səhiyyə Nazirliyinin nümayəndəsi TASS-a bildirib.
“Bəli, bu gündən etibarən ölkəmizə gələn bütün sərnişinlər girişdən 72 saat əvvəldən çox olmamaq şərti ilə saytdakı formanı doldurmalıdır. Bundan sonra onlara avtomatik olaraq fərdi HES-kod veriləcək”, - deyə agentliyin həmsöhbəti vurğulayıb.
Bundan əvvəl qurumdan bildirilmişdi ki, bu kodun köməyi ilə Türkiyə Səhiyyə Nazirliyinin əməkdaşları səfər zamanı COVID-19 xəstələri ilə əlaqə qurduqları müəyyən edilən şəxsləri tapa biləcəklər.
“Uçuş üçün qeydiyyatdan keçərkən sərnişinlər doldurulmuş formanı elektron və ya çap edilmiş formada aviaşirkətin təmsilçisinə təqdim etməlidirlər. Bu forma Türkiyə sərhədində də yoxlanıla bilər. Forma ümumiyyətlə doldurulmadıqda və ya yanlış məlumatlar olarsa, qanuni və inzibati sanksiyalar tətbiq edilə bilər. Həmçinin Türkiyəyə girişiniz də qadağan edilə bilər”, - deyə nazirlikdən bildirilib.
Hazırda HES-kod Türkiyədə daimi yaşayan bütün insanlar tərəfindən istifadə olunur. Sənəd ticarət mərkəzlərini və bir sıra dövlət qurumlarını gəzərkən təqdim edilməlidir. Bundan əlavə, İstanbul rəhbərliyi 15 mart tarixindən etibarən sakinləri kafe, bərbər, hamam, spa, toy salonu, teatr və fitness mərkəzlərinə gedərkən “sağlamlıq kodları” vermələri tələbini irəli sürüb./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar