Xəbər lenti
SMS icazə ilə bağlı hamıya VACİB XƏBƏR
"Azərbaycanda risk qrupuna daxil olan insanların böyük əksəriyyətinə peyvənd vurulub və proses artıq yekunlaşmaq üzrədir".
Manevr.az xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib.
O bildirib ki, ölkədə risk qrupundan sonra digər kateqoriyanın peyvəndlənmə prosesinə davam ediləcək:
"Hesab edirəm ki, Azərbaycanda peyvəndlənmə prosesi ləng gedir. Yaxın vaxtlarda bu prosesin daha da sürətlənəcəyinə inanıram. Virusdan qurtulmağın yeganə yolu peyvənd olunmaqdır.
Risk qrupuna daxil olan şəxslərin peyvəndlənməsi bitdikdən sonra, yəqin ki, digər qrupa daxil olan insanlara peyvənd vurulacaq. Hazırda isə peyvənd vurulan şəxslərin sayı çox olmadığı üçün bu, yoluxma sayına o qədər ciddi təsir etmir".
Həkim onu da qeyd edib ki, qarşıdakı günlərdə yoluxma sayı kəskin artarsa, tam qapanmaya gedilə bilər:
"Düşünmürəm ki, üçüncü dalğa ikinci kimi sərt olacaq. Bundan sonrakı məhdudiyyətlərin tətbiqi yoluxma sayının artımından asılı olacaq. Məncə, yoluxma sayı artarsa, SMS icazə sistemi və tam qapanma tətbiq edilə bilər. Rəqəmlərdə artım olmasının səbəbi ictimai nəqliyyatda, kafe-restoran və digər qapalı iaşə obyektlərində virusun yayılması üçün münbit şəraitin olmasıdır".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar