Xəbər lenti
Millət vəkili əməkdar rəssamı təbrik etdi
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının əməkdar rəssamı, Dövlət Rəssamlıq Akademiyasının professoru Tahir Məmmədovla görüşüb.
Manevr.az xəbər verir ki, millət vəkili onu yubileyi münasibəti ilə təbrik edib.
“Sizi – tanınmış Azərbaycan rəssamını, Dövlət Rəssamlıq Akademiyasının professoru və respublikamızın əməkdar rəssamını 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz 1967-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1976-cı ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADMİU) bitirmisiz. 1979-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüsüz.
Sizin ilk fərdi sərginiz hələ 1981-ci ildə Moskva şəhərində - “Yunost” jurnalının təşkilatçılığı ilə keçirilib. 1992-ci ildə isə Parisdə “Cite İnternationale Dez Arts”da fərdi yaradıcılıq sərginiz açılıb. Bundan əlavə, sizin 1991-ci ildə ABŞ-da, 1992, 2003 və 2011-ci ildə Parisdə, 2005-ci ildə Belçikada, 2010, 2012, 2013, 2015, 2017-ci ildə Moskvada fərdi sərgiləriniz keçirilib. Siz həmçinin, “Ənənəvilik və müasirlik” adlı I və II beynəlxalq foto müsabiqələrində birincilik qazanmısız.
Siz respublikamızda bədii fotoqrafiya haqqında ilk kitabın müəllifisiz.
Əsərlərinizin çoxu Azərbaycan, Türkiyə, ABŞ, Fransa, Finlandiya, İngiltərə və Rusiyanın muzey və şəxsi kolleksiyalarında özünə layiq yer tutub.
“Soltan Məhəmməd” mükafatı (2001), “Humay” milli mükafatı (2004) laureatısız.
Sizi Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!” – millət vəkili deyib.
Yubilyara Mədəniyyət Komitəsinin təbrik məktubu və xatirə hədiyyələri təqdim edilib.
Yubilyar səmimi görüş və təbrik üçün təşəkkür edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar