Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “40 hədis” yarışması keçirilib -ŞƏKİL

Tarix: 12-03-2021 15:10     Baxış: 3323 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “40 hədis” yarışması keçirilib


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında “40 hədis” yarışması keçirilib. Müsabiqə "ZOOM" platforması üzərindən təşkil olunub.

Yarışmanın münsiflər heyətində İnstitutun İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, müəllimlərdən – ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Namiq Abuzərov, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov təmsil olunublar.
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “40 hədis” yarışması keçirilib

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların yetişdirilməsi İnstitutun qarşıya qoyduğu vəzifələrdəndir.

A.Şirinov vurğulayıb ki, belə yarışmalar gənclərin ümumi biliyini və dünyagörüşünü artırır, onlara öz biliklərini sərbəst ifadə etmək təcrübəsi qazanmağa imkan verir.

Rektor daha sonra qeyd edib ki, fiqh, hədis, əqaid elmləri üzrə tələbələr arasında mütəmadi olaraq müsabiqələr təşkil ediləcək.

Müsabiqədə iştirak edən tələbələrə uğurlar arzulayan A.Şirinov vurğulayıb ki, hədislərin Qurani-Kərimdən sonra İslam dinində mənbə rolu oynayır. O, hədislərin öyrənilməsi, hifz olunması, gələcək nəsillərə çatdırılmasının dini baxımdan vacibliyini nəzərə çatdırıb.

Fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov söz alaraq, gənclərə müsabiqənin şərtləri haqqında ətraflı məlumat verib, yarışmanın Aİİ yaradıldığı gündən etibarən ənənəvi formada təşkil olunduğunu qeyd edib.

Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Beləliklə, “40 hədis” yarışmasında

birinci yerə Fərid Qasımzadə, ikinci yerə Peyman Xəlilov, üçüncü yerə isə Bəhruz Orucov layiq görülüblər.

Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.

Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tələbələrin dünyagörüşünün formalaşdırılması, intellektual səviyyələrinin, elmi biliklərinin artırılması, gələcəkdə mütəxəssis kimi yetişmələri üçün müxtəlif yarışmalar, müsabiqələr keçirilir.

Manevr.az

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “40 hədis” yarışması keçirilib
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “40 hədis” yarışması keçirilib
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “40 hədis” yarışması keçirilib
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “40 hədis” yarışması keçirilib
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “40 hədis” yarışması keçirilib
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “40 hədis” yarışması keçirilib
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında “40 hədis” yarışması keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar