Sizin Reklam Burada
Xəbər lenti
02-02-2025
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

Həkimlərin maaşlarının iki dəfə azaldılmasının səbəbi AÇIQLANDI

Tarix: 12-03-2021 10:48     Baxış: 3152 A- / A+
Həkimlərin maaşlarının iki dəfə azaldılmasının səbəbi AÇIQLANDI


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün həkimlərə verilən ödəmələrin iki dəfə azaldılması məsələsinə münasibət bildirib.

Manevr.az məlumat verir ki, agentlikdən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, koronavirusla mübarizə tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir:

“Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir.

Qeyd edək ki, koronavirusla mübarizə tədbirlərə cəlb olunan tibb işçilərinin sayı infeksiyaya yoluxmuş xəstə sayında olan artım-azalmadan asılı olaraq tənzimlənir. Belə ki, xəstə sayı çox olduqda daha çox tibb işçisinin, əksinə xəstə sayı az olduqda isə daha az tibb işçisinin yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilməsi təmin edilir”.

“Qərara uyğun olaraq müddətli əlavələr iş vaxtına/saatına mütənasib olaraq ödənilir. Belə ki, müddətli əlavələr tibb və qeyri-tibb işçilərinin koronavirusla mübarizə tədbirlərinə cəlb olunduqları iş vaxtına/saatına görə hesablanır.

Məlumat üçün bildirək ki, yanvar ayı ərzində ölkədə koronavirusa yoluxan şəxslərin sayı az olduğu üçün tibb və qeyri-tibb işçilərinə ödənilən müddətli əlavənin məbləğində də azalma müşahidə olunub”, - deyə qurumda qeyd edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar