Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Necə istəyirlər, elə də sənədləşdirirlər...” - Lombardların fəaliyyəti nizama salınacaq

Tarix: 10-03-2021 16:42     Baxış: 3133 A- / A+
“Necə istəyirlər, elə də sənədləşdirirlər...” - Lombardların fəaliyyəti nizama salınacaq


Milli Məclisin yaz sessiyasında lombardlar haqqında qanun layihəsinin üçüncü oxunuş üçün müzakirəyə çıxarılacağı gözlənilir. 2019-cu ildə qanun layihəsi 2 oxunuşdan keçərək qəbul edilib. Qanun layihəsi lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətləri tənzimləyir.


Bəs, lombardlar haqqında ayrıca qanunun qəbulunu zəruri edən nədir?

Manevr.az
xəbər verir ki, sfera.az saytına danışan maliyyə-bank sahəsi üzrə ekspert Əkrəm Həsənov hesab edir ki, lombardların fəaliyyətinin tənzimlənməsinə zərurət böyükdür.

"Lombardların fəaliyyətini tənzimləyən qanunun qəbul edilməsini ilk dəfə mən 7 il əvvəl təklif etmişəm”, - deyən Həsənov söylədi ki, o, bu sahədə olan faktiki vəziyyəti təhlil edərək ayrıca qanunun qəbul edilməsinin zəruri olduğu qənaətinə gəlib: "Lombardların fəaliyyəti ilə bağlı özbaşınalıq geniş yayılıb. Lombardların özbaşınalığı həm əhaliyə zərər vurur, həm də bank sisteminə.

Bankların və bank olmayan kredit təşkilatların fəaliyyəti lisenziyalaşdırılıb. Mərkəzi Bank onlara lisenziya verir, fəaliyyətini tənzimləyir, nəzarət edir. Niyə? Ona görə ki, banklar və digərləri kreditləri öz pulları hesabına vermir, başqalarının vəsaitini cəlb edərək kredit verirlər. Başqa sözlə, başqalarının pulu ilə risk edirlər. Öz pullarına kredit şəklində versəydilər, onda, lisenziyalaşdırmaya və nəzarətə ehtiyac qalmazdı.

Lombardlar da başqalarının pulunu kredit şəklində verir. Lombardlar ilk dəfə yaradılanda belə güman olunurdu ki, onlar öz pullarını kredit şəklində verəcək. Əgər belə olsaydı, onların tənzimlənməsinə ehtiyac qalmırdı. Çünki öz pulları ilə risk edirlər. Lombardların sayı çoxdur və onların kapitalı 5-10 manatdır. Ən yaxşı halda 200 manat kapitalı olan lombard şirkəti var. Bu o deməkdir ki, lombardın öz pulu 5-10 manatdır. Qalan pulu borc almaqla cəlb edirlər və qızıl-zinət əşyalarını girov götürməklə başqalarına kredit verirlər. Cəlb etdiklərin vəsaitin bir hissəsini hətta banklardan götürürlər.

Deməli, lombardlar da faktiki olaraq bank olmayan kredit təşkilatıdır və başqalarının pulunu kredit şəklində verirlər. Bunların üzərində nəzarət olmadığı üçün borc aldıqları pulları bəzi hallarda batırırlar”.

Lombardların özbaşınalığının bir sıra hallarda böyük problemlər yaratdığını bildirən Ə.Həsənov 2019-cu ildə baş verən və acı sonluqla bitən bir faktı xatırlatdı: "2019-cu ildə Pirallahıda bir lombard insanlardan milyonlarla manat məbləğində borc götürərək başqalarına kredit vermişdi. Borcları geri qaytara bilmədiyinə görə həmin lombardın sahibi 2019-cu ilin iyulun 31-də intihar etdi. Ölümündən qabaq belə bir kağız yazmışdı ki, onu, şərikləri aldadıb və əhalinin pulları şəriklərindədir.

Qeyd edim ki, Pirallahı Azərbaycanda lombardların geniş yayıldığı aldığı yerdir. Pirallahıda lombardlar min oyundan çıxır. Həmin lombarda pul qoyan şəxslər öz pullarını geri ala bilmədi. Bu məsələ ilə bağlı cinayət işi də açılmayıb. Halbuki, burada dələduzluğun olması açıq-aşkardır”.

Ekspert lombardlarla bağlı digər problemin kreditlərin verilmə qaydası ilə bağlı olduğunu dedi: "Banklar kredit verən zaman vətəndaşlarla və sahibkarlarla bağlanan kredit müqavilələrində müəyyən tələblərə əməl etməlidir. Amma lombardlara qarşı belə bir tələb yoxdur. Lombardlar girov əmlakını necə istəyirsə elə də sənədləşdirir. Halbuki, girov əmlakın rəsmiləşdirilməsi ilə bağlı konkret qaydalar olmalıdır. Sonra da başqa problemlər çıxır. Bəzən lombardlar başqa qızılı qaytarır və borcalan təqdim etdiyi girovun hansı olduğunu sübut edə bilmir.

Digər məsələ ondan ibarətdir ki, vaxtında qaytarlılmayan girovu lombard mənimsəyir. Amma bankdan alınan lombard krediti qaytarılmayanda bank girovu mənimsəyə bilmir. Bank məcburdur ki, girovu hərraca çıxartsın.

Sadaladığım problemlərə görə lombardlar haqqında qanuna ehtiyac var. Lombard fəaliyyəti lisenziyalaşdırılmalı və dövlət nəzarəti təşkil edilməlidir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar