Xəbər lenti
Bayram qabağı sərt karantin ilə bağlı AÇIQLAMA
Son günlər yoluxma sayında olan artım səviyyəsi cəmiyyətdə Novruz bayramı ərəfəsində yenidən sərt karantin rejiminin tətbiq olunacağı xofunu yaradıb.
Manevr.az xəbər verir ki, məsələyə münasibət bildirən millət vəkili Azər Badamov metbuat.az-a müsahibəsində bildirdi ki, Operativ Qərargahın qəbul edəcəyi qərarlar bizim özümüzü necə aparmağımızdan asıllıdır.
''Qlobal pandemiya ilə əlaqədar ölkəmizdə tətbiq olunmuş karantin tədbirlərin bir ili tamam olur. Təəssüf ki, bu müddət ərzində koronavirus infeksiyası ilə cəmiyyət vidalaşa bilmədi.
Bütün dünya, o cümlədən biz də bu gözə görünməz bəlaya qarşı vuruşmağımızı davam etdiririk. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tətbiq olunmuş karantin rejimində sərtləşdirmələr və yumşaldılmalar aparmaqla ölkədəki ümumi yoluxma dinamikasına görə qərarlar qəbul etdi.
Təbii ki, qəbul olunmuş qərarların nəticələri müsbət olmuşdur.
Qəbul olunan hər bir qərararın məqsədi insanların sağlamlıqlarını qorumaq, koronavirus infeksiyasının yoluxma riskini azaltmağımna müvvəfəq olmaq olmuşdur.
Hal-hazırkı yoluxma dinamikasına nəzər yetirsək görərik gündəlik orta hesabla 300 nəfərin ətrafındadır. Bu göstərici çox kritik hesab etməsəm də yüksək olduğunu düşünürəm''.
Cədvəldə 6,8,9 mart tarixlərində koronavirusa yoluxma göstəriciləri əks olunub.
Millət vəkili deyir ki, yoluxma sayında olan artımın yenidən belə yüksəkləməsinin səbabkarları da özümüzük. Çünki, son vaxtlar insanlar arasında tibbi maskadan istifadədə ciddiliyin azaldığını müşahidə edirik.
"Tibbi maskadan məsuliyyətlə istifadə olunanda hardasa bir ay bundan əvvəlki göstəricilərdə olduğu kimi yoluxmalarda sürətlə azalma olmuşdur. Qabaqdan bayram günləri gəlir. Tətbiq olunmuş karantin rejiminin yenidən sərtləşdirilməsi heç kimin ürəyincə deyil. Biz istəyirik ki, karantin rejimində daha çox yumşalmalar olsun, toylara, idman arenalarının fəaliyyətinə icazələr verilsin.
Təbii ki, biz özümüzü nə qədər məsuliyyətli aparıb tətbiq olunmuş qaydalara ciddi riayyət etsək Operativ Qərargah daha çox yumşalmalara gedəcək və yenidən qapanmaların gündəmə gətirilməsinə ehtiyac qalmayacaqdır''.
Azər Badamov vətəndaşları vaksinasiyada aktiv olmağa çağırıb. O qeyd edib ki, qaydalara riayyət olunmasına nəzarəti ciddiləşdirməklə yenidən qapanmalara yox, əksinə yumşalmalara getməyini daha doğru hesab edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar