Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qazimiz ona qulluq edən tibb bacısı ilə evlənir - VİDEO

Tarix: 10-03-2021 09:33     Baxış: 3153 A- / A+
Qazimiz ona qulluq edən tibb bacısı ilə evlənir - VİDEO


Daha bir vətən müharibəsi iştirakçısı, qazimiz Yusif Cabirzadə tibb bacısı olan bir xanımla nişanlanıb. Əslən Yevlax rayonundan olan Ceyran Qurbanova artıq 6 ildir ki, Gəncə Mərkəzi Klinikasında çalışır.


Vətən müharibəsində Yusif yaralandıqdan sonra elə Ceyranın işlədiyi xəstəxanaya gətirilib. Gənclərin tanışlığı da burada başlayıb. Nişanlı olan cütlük artıq toya hazırlaşır.

Tibb bacısı Ceyran Yusifdən bəhs edir: 2 gün öncə nişan üzüyünü barmağına taxaraq, həyatını bir ömür birləşdirdiyi qəhrəmanından.

Yusif Vətən müharibəsinə könüllü yollanan oğullardandır. Füzuli və Xocavənddə düşmənə ağır zərbələr endirən qəhrəmanımız Şuşada Daşaltı əməliyyatında sağ qolundan ağır yaralanıb. Öncə Füzuli rayon Mərkəzi Xəstəxanasında müalicə alan, ardından Ağsu Xəstəxanasında əməliyyat olunan Yusif sonda Gəncə Mərkəzi Klinikasına göndərilib. Gənclərin məhəbbəti də elə burada - Ceyranın tibb bacısı işlədiyi xəstəxanada başlayır.

Zəruri ehtiyaclarını alması üçün Ceyrandan nömrəsini götürən Yusif bir neçə gün sonra elə həmin nömrə vasitəsilə öz sevgisini etiraf edib.

Gənclərin gizli məhəbbətindən isə hər kəs - xəstəxana əməkdaşları, hətta Yusif ilə eyni palatanı bölüşən əsgər yoldaşı belə xəbərsiz olub. Öncə ailələrini tanış edən gənclər martın 7-də nişanlanıblar.

Qeyd edək ki, həm də aprel döyüşlərinin iştirakçısı olan Yusif əslən Astaranın Sim kəndindəndir. Ceyran isə Yevlaxda doğulub boya-başa çatsa da, 6 ildir ki, Gəncədə işləyir. Vətən müharibəsinin 2-ci xoşbəxt cütlüyü şəhidlərimizin 1 ili tamam olduqdan sonra toy edib, Bakıda yaşamağı düşünür.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar