Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Siyasi baxışı və seksual orientasiyanı təyin edən ALQORİTM

Tarix: 09-03-2021 20:18     Baxış: 3135 A- / A+
Siyasi baxışı və seksual orientasiyanı təyin edən ALQORİTM


“Nature” elmi araşdırmalar jurnalında insanın fotosu əsasında onun siyasi baxışını və seksual orientasiyasını təyin edən alqoritm barədə məqalə dərc edilib.


Manevr.az xəbər verir ki, məsələ ilə bağlı tədqiqatı Stenford Universitetinin psixoloqu Mixail Kosinski aparıb.

Alqoritmin test olunması üçün o, “facebook”dan və müxtəlif tanışlıq servislərindən olan milyondan çox fotonu istifadə edib. Tədqiqatda əsasən ABŞ-dan, Kanadadan və Böyük Britaniyadan olmuş insanların fotoları yer alıb.

Fotoları analiz edəndən sonra alqoritm liberalları və konservatorları ayırmağa imkan verən 2000 özəllik təyin edib. Nəticədə alqoritm analiz edilmiş fotoların 72%-də insanların siyasi baxışlarını düzgün şəkildə təyin etməyi bacarıb. Bu, təsadüf (50%), insan dəqiqliyi (55%) və sorğu (66%) kimi üsulların göstəricilərindən daha yaxşıdır.

Alqoritmin çalışma dəqiqliyi müxtəlif ölkələr, mühit və analiz edilmiş insan simalarının müxtəlifliyi üçün eyni olub. Bundan əlavə olaraq alqoritm həmçinin insanların yaşı, cinsi və etnik mənsubiyyətlərinin nəzərə alınması ilə də bu işin öhdəsindən yaxşı gəlib.

Təbii ki, sözügedən alqoritmin real həyata inteqrasiya edilməsindən söhbət getmir. Lakin nəzəri cəhətdən o, insanların identifikasiyası, onların yerləşdikləri yerlərin və sosial əlaqələrinin təyin olunması kimi prosesləri sadələşdirə bilər.

Bundan əlavə, digər biometrik sistemlərdən fərqli olaraq üzün təyini üçün nəzərdə tutulmuş bu cür sistem insanların xəbərləri olmadan da istifadə oluna bilər.

Qeyd edək ki, Kosinski buna bənzər digər bir alqoritmdən insanların seksual orientasiyalarını təyin etmək üçün də istifadə edib. Həmin alqoritmin çalışma dəqiqliyi isə 76% təşkil edib.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar