Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Həbs edilən general: 17 il nazirlik edən Əhmədov kimdir? - DOSYE

Tarix: 09-03-2021 16:03     Baxış: 3199 A- / A+
Həbs edilən general: 17 il nazirlik edən Əhmədov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

Manevr.az azxeber.com-a istinadən xəbər verir ki, Əhməd Hüseyn oğlu Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1990-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi, 2000-ci ildə Naxçıvan Şəhər Polis Şöbəsinin rəis müavini təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 16 iyun 2000-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə gətirilib.

Naxçıvan Muxtar Respublikasının müxtəlif mükafatlarına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 20 may 2004-cü il tarixli 62 nömrəli fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-ci il tarixli 1546 nömrəli sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 iyul 2017-ci il tarixli əmrinə əsasən vəzifəsindən azad edilib.

Ailəlidir. Dörd övladı var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar