Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Vəkillər Kollegiyasına Əlirza Həbilov başçılıq edir?

Tarix: 07-03-2021 21:17     Baxış: 3575 A- / A+
Vəkillər Kollegiyasına Əlirza Həbilov başçılıq edir?


Basında DİN DQ-nin və DİN -in vəkili Əlirza Həbilovun məhkəmə sədrləri ilə qeyri-prosessual münasibətə girərək məhkəmə təminatı hüququna illərdir qadağa qoymasından, sonuncu dəfə Bakı İnzibati Məhkəməsinin bu qadağada “baş rolda oynamasından” yazı dərc olunub. Medianın informasiya dəstəyinin özünü doğrultduğunu demək olar. Nədən Vəkillər Kollegiyasının Rəyasət heyətinin sədr müavini Aydın Axundov anında yazıya reaksiya verib. Amma necə?

Sədr müavininin 03.03.2021-ci il tarixli 289 saylı məktubunda yazılıb :” İsmayıllı rayonunda vəkil bürosunda fəaliyyət göstərən vəkil Abbasov Nəvaid Novruz oğlunun və Ağsu rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Kazımov Ziya Məhərrəm oğlunun barəsində. .. Vəkillərin İntizam Komissiyasında araşdırma aparılaraq .., Rəyasət heyətinin qərarına əsasən vəkil N. N. Abbasova xəbərdarlıq edilərək tapşırılmışdır ki, peşə fəaliyyətini həyata keçirərkən qanunvericiliyin tələblərinə əməl etsin. ...digər vəkil Ziya Kazımov tərəfindən peşə fəaliyyətini həyata keçirərkən qanun pozuntusuna yol verilməsi halları müəyyən edilməmişdir . “ Birincisi, yazıda DİN vəkili Əlirza Həbilovdan özgə vəkilin adı çəkilməyib. İkincisi, İsmayıllı vəkil bürosunda fəaliyyət göstərən vəkil Abbasov Nəvaid Novruz oğlunun şikayəti vaxtında yazmaması səbəbindən Qarabağ qazisinin kassasiya və məhkəmə təminatı hüququna qadağa qoyulubsa, ona xəbərdarlıq etməklə Ali Məhkəmə kassasiya şikayətinə yenidən baxacaq? Bir daha vurğulayaq ki, bu özbaşınalıqda İsmayıllıdan olan, adı VK-dan bildirilən Nəvaid adlı vəkilin heç bir payı yoxdur. Özbaşınalığın başında Şəki İnzibati Məhkəməsinin sədri Vidadi Qasımov, hakim İlqar Cabbarov və onlarla qeyri-prosessual münasibətə girib məhkəmə təminatı hüququma Ali Məhkəmədə də olsa qadağa qoyacağını bəyan edən DİN -in vəkili Əlirza Həbilov , Şəki Apellyasiya Məhkəməsinin 3 aydan sonra (?) vəkil ayıran hakimləri Gündüz Abbasov, Rövşən Rəfiyev və digərləri dayanır! Şəki Apellyasiya Məhkəməsinin sədri Gündüz Abbasov olan eyni tərkibli heyətinin Ali Məhkəmə və vəkilə ehtiyacı olan Qarabağ əlili Bakıda olduğu halda , qərardaddan şikayətvermə müddətinin 10 gün olduğuna baxmayaraq 3 aydan sonra İsmayıllıdan, Ağsudan vəkil ayırması özbaşınalığına Vəkillər Kollegiyası Bakıdan vəkil ayrılmasını təmin etməklə son qoya bilməzdimi? Onu da vurğulayaq ki, Ziya adlı vəkil Şəki İnzibati Məhkəməsinin sədri Vidadi Qasımovun və hakim İlqar Cabbarovun, Şəki Apellyasiya Məhkəməsinin (sədr Gündüz Abbasov, Rövşən Rəfiyev və b.) cavabdehlər Ağsu RİH, Pirhəsənli kənd icra nümayəndəliyi və bələdiyyəsinə qarşı “vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 22 ildir istifadəmdə olan torpağı ələ keçirmələrinə hüquqi qiymət verilməsi” tələbi ilə iddianın tərəflərin çağırılmadan mümkün sayılmaması haqqında qərardadından kassasiya şikayəti vermək üçün ayrılıb. Təsəvvür edin, 23 oktyabr 2019 tarixli 2-1 (107)-588 saylı qərardaddan şikayət etmək müddəti 10 gün olduğu halda Şəki Apellyasiya Məhkəməsi 40 gündən sonra (?) ərizəyə baxılmasına iclas təyin edib. Ən başlıcası, ayrılan Ziya adlı vəkil hələ də 2 ildir (?) şikayəti yazmaqdan imtina edir! (?) VK-nın idarə heyəti isə Qarabağ qazisinin şikayətini yazmağa məhkəmə qərarı ilə borclu olan vəkil Kazımov Ziya Məhərrəm oğlunun peşə fəaliyyətində qanun pozuntusuna yol verməsi hallarını MÜƏYYƏN ETMƏYİB! (?) Belə çıxır, vəkilin peşə fəaliyyəti məhkəmə qərarını icra etməkdən imtina etmək, şikayəti yazmamaqdır? Belə vəkilliklə, əlbəttə, vətəndaşın məhkəmə təminatı hüququna da qadağa qoyular, torpaq mülkiyyəti, sosial təminat hüququna da!

Mülki Prosessual Məcəllənin (MPM ) 67-ci maddəsindən ayrı olaraq İnzibati Prosessual Məcəllədə (İPM ) , ümumiyyətlə, kassasiya instansiyasına şikayətin vəkil tərəfindən tərtib edilməsinin məcburiliyi nəzərdə tutulmayıb. Di gəl, apellyasiya instansiyası qəsd-qərəzlə İPM-in 1.2 və b. maddələrini Məcəlləyə zidd olmasına baxmayaraq əsas tutub MPM-in müddəlarını vətəndaşın ziyanına tətbiq edirlər. Beləcə, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmaq hüququ olan vətəndaş məhkəmədə həm dövlət orqanın vəkilinin, həm də “özünün” (olmayan) vəkilinin qeyri-prosessual münasibəti ilə üz-üzə qalır və məhkəmə təminatı hüququndan məhrum edilir!

DİN -in vəkili Əlirza Həbilovun etibarnaməsi olmadan 2017-ci ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində (hakim Elçin Məmmədov) DİN -in tərəf olmadığı işdə iştirak edib əleyhimə çıxış etməsindən, Şəki İnzibati Məhkəməsinin hakimi, keçmiş vəkil həmkarı İlqar Cabbarov və digərləri ilə qeyri-prosessual münasibətə girərək qərar qəbul edilmədən köhnə tarixə saxta qərardad qəbul etdirməsindən, Ali Məhkəməyə kassasiya şikayətimin yazılmasına da qadağa qoymasından dəfələrlə Vəkillər Kollegiyasına şikayətlərim (ali dövlət hakimiyyəti orqanlarından da! ) daxil olsa da, heç bir tədbir görülməyib. Sonuncu dəfə Bakı İnzibati Məhkəməsinə (hakim Elvin Əliyev) Şəki İnzibati Məhkəməsinin iddianın mümkün sayılmaması haqqında qərardadını “hüquqi presedent” kimi sırıyanda da etirazıma baxılmayıb. Vəkillər Kollegiyasının Rəyasət heyəti isə bu vəkilin adını belə çəkməkdən çəkinir. BƏYƏM VƏKİLLƏR KOLLEGİYASINA DİN (VƏKİLİ) BAŞÇILIQ EDİR?

Məğrur Bədəlsoy

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar