Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

40 min köçkün ailəsi inzibati binalarda yaşayır

Tarix: 06-03-2021 22:17     Baxış: 3195 A- / A+
40 min köçkün ailəsi inzibati binalarda yaşayır


Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının ötən gün keçirilən VII qurultayındakı çıxışı zamanı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə köçürülmə zamanı ilk növbədə, ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə üstünlük verilməlidir. Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülüb, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və çağırışı ilə özəl sektor bu işə qoşulub və onlar tərəfindən bir neçə yaşayış kompleksi tikilərək məcburi köçkünlərin istifadəsinə verilib.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Manevr.az-a verilən məlumata görə, bu günədək 300 mindən çox məcburi köçkünün mənzil məişət şəraiti yaxşılaşdırılıb.

"Hazırda respublika üzrə məktəb, uşaq bağçası, yataqxana, inzibati sanatoriya, pansionat və s. bu tipli obyektlərdə 40 mindən çox ailə müvəqqəti məskunlaşıb. Hazırda işğaldan azad edilən ərazilərin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı qeyd edilən inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr də yeni yaşayış sahələri ilə təmin olunacaqlar", - məlumatda bildirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar