Xəbər lenti
Bayram günləri rayonlara gediş-gəliş qadağan olunur? - AÇIQLAMA
Azərbaycanda son günlər koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Belə ki, fevralın 4-də koronavirus infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Yoluxanların sayındakı artım karantin rejiminin sərtləşdirilməsi ehtimalını ortaya çıxarır. Hətta insanlar rasında Novruz bayramı günlərində rayonlara gediş-gəlişin qadağan olunacağı ilə bağlı fikirlər səsləndirilir. Bəs görəsən Novruz bayramı günləri rayonlara gediş-gəlişin qadağan olunması ilə bağlı yayılan xəbərlər nə dərəcədə həqiqəti əks etdirir?
Manevr.az xəbər verir ki, bununla bağlı sonxeber.az-ın suallarını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə edildiyindən, bayram günləri rayonlara gediş-gəlişin qadağan olunması gözləniləndir:
"Son günlər yoluxanların sayında müşahidə olunan artım ürəkaçan deyil. Artıq yoluxma sayı 300-ü keçib. Bayram günləri əgər sərtləşdirilmə olmasa yoluxanların sayı 1000-ə çata bilər. Bilirsiniz ki, Novruz bayramı bizim milli bayramımızdır və insanlarımız həmin günlərdə bir-birinin evinə qonaq gedir. Bu da yoluxanların sayında artıma səbəb ola bilər. Ona görə də düşünürəm ki, Operativ Qərargah bayram günləri ilə bağlı qismən də olsa sərtləşmə ilə bağlı qərar qəbul edəcək. Ümumiyyətlə bayram günləri karantin rejimi sərtləşdirilməlidir ki, yoluxanların sayı yenidən 4 rəqəmliyə yüksəlməsin".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar