Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış rus aktyoru niyə müsəlman oldu?

Tarix: 03-03-2021 13:12     Baxış: 3149 A- / A+
Tanınmış rus aktyoru niyə müsəlman oldu?

Rusiyanın tanınmış aktyoru Sergey Romanoviç müsəlmanlığı qəbul edib.

Rusiya mətbuatı xəbər verir ki, əslində bu hadisə onun 20 yaşında baş verib.

Aktyor geniş tamaşaçı kütləsinə “Ekipaj”, “Çernobıl” filmlərindən yaxşı tanışdır. Hələ yeniyetməlikdən kino aləminə “Laskovıy may “ filmində oynadığı Yura Şatunov obrazı ilə daxil olub və dərhal tanınıb, sevilib.
Aktyor 1992-ci ildə Tomskda doğulub. Ailəsində yaradıcılıqla məşğul olan adam yoxdur. Atası istehsalatda çalışırdı, anası psixoloqdur. Sergey çox sərbəst böyüyüb və uşaqlıqda çox sahələrdə özünü sınayıb - karate, musiqi, şən və hazırcavablar klubu. Aktyor olmaq istədiyini deyəndə də heç kim təəccüblənməyib.

20 yaşında artıq tanınmış aktyor bir gün evə "müsəlmanlığı qəbul etdim" xəbəri ilə gəlib. Anası, qardaşı xəbəri çox ağır qarşılayıblar. Anası onu "Rusiyaya xain çıxmısan" deyə ittiham da edib. Aktyorsa anasına "Rus olmaq hökmən xristian olmaq demək deyil. O halda sən də əcdadlarımızın dini inancına qarşı çıxmısan xristian olmaqla", - deyə cavab verib.

Aktyor etiraf edib ki, onun İslam dinini qəbul etməsinə Şamil adlı müsəlman dostunun təsiri olub. Sergey Romanoviç dəlillərinin inandırıcı olması üçün “Quran”ı da oxuyub. Hər 5-ci gün iki saat namaz qılır.

Müsəlman olması ona asan başa gəlmir. Aktyorluq karyerasında hətta mane olur – yataq səhnələrinə çəkilmir, filmdə öpüşmür.

İndi aktyorun 25 yaşı var. Aleksandra Qolovkina adlı qızla evlənsə də, evliliyi uzun sürməyib, amma qızı müsəlman edə bilib. Nikah kəsdiriblər, qız hicaba keçib.

Sergeyin ailə həyatına hazır olmadığı etirafından sonra boşanıblar, amma qız müsəlmanlıqda qalıb. Həm də Rusiyada sosial şəbəkələrdə ən populyar müsəlman qadındır. Hətta öz biznesini müsəlman qadınları üçün geyim və aksesuar mağazası açmaqla qurub.

Sergey Romanoviçin isə indi həyatının qadını başqasıdır, amma müsəlmanlığa xas xüsusiyyətlə bu barədə açıqlama vermir.

Aktyor bu günlərdə sifətində saqqal əkdirib ki, daha çox müsəlman kişilərə bənzəsin: “Əslində uşaqlıqdan saqqal arzulamışam, dedilər daha çox qırxsan saqqalın çıxar, çıxmadı. Mən də ağrılı da olsa əməliyyata qərar verdim. Saqqal kişinin yaraşığıdır”.lent.az

Manevr.az

Tanınmış rus aktyoru niyə müsəlman oldu?
Tanınmış rus aktyoru niyə müsəlman oldu?
Tanınmış rus aktyoru niyə müsəlman oldu?

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar