Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

İşğaldan azad edilmiş ərazidə qəzaya düşən vəzifəli şəxslər işdən çıxarıldı

Tarix: 03-03-2021 07:34     Baxış: 3151 A- / A+
İşğaldan azad edilmiş ərazidə qəzaya düşən vəzifəli şəxslər işdən çıxarıldı
Tərtər rayonu ərazisində yol qəzasına düşən vəzifəli şəxslər işdən çıxarılıb.

Bu barədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qərar imzalayıb.

Qərara əsasən, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov, Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçisi - baş mühasibi Nicat Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi - baş mühasibi Göyüş Muradov vəzifələrindən azad edilib.

Tərtər Rayon İcra Hakimiyyəti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, hadisə ötən həftə işğaldan azad edilmiş Suqovuşan-Talış yolunda qeydə alınıb.

Belə ki, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi A.İsmayılov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olan zaman havanın qarlı və buzlu olması səbəbindən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Nəticədə A.İsmayılov və onun sərnişinləri - O.Ağayev, N.Quliyev, G.Muradov və Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həmin şəxslər Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Müayinə zamanı C.Quliyevə döş fəqərələrinin sınığı diaqnozu qoyulub. Lakin onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır. report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar