Sizin Reklam Burada
Xəbər lenti
03-02-2025
02-02-2025
BÜTÜN XƏBƏRLƏR

Karantin rejimini sərtləşdirmək lazım deyil - Qapanma ilə bağlı AÇIQLAMA

Tarix: 02-03-2021 09:14     Baxış: 2142 A- / A+
Karantin rejimini sərtləşdirmək lazım deyil - Qapanma ilə bağlı AÇIQLAMA


"Yoluxma sayı cüzi qalxırsa karantin rejimini sərtləşdirmək lazım deyil. Lakin əgər yoluxma pik həddə çatarsa, o zaman sərt karantin rejimi mütləqdir. Hazırkı situasiyada buna gərək duymuram".

Manevr.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, hazırkı şəraitə görə karantin rejiminin sərtləşdirilməsini uyğun deyil:

"İndi Avropada koronavirusun Britaniya ştammı geniş şəkildə yayılır. Buna görə də bəzi ölkələrdə karantin rejimi sərtləşdirilir. Azərbaycanda isə hələ ki bu ştammın yayılması müşahidə edilmir. Əgər yayılarsa, mövcud vəziyyət təhlil edilib, qərar qəbul oluna bilər".

Professor hesab edir ki, iyun ayına qədər biz pandemiyadan yaxa qurtara bilərik:

"Hesab edirəm ki, iyun ayında biz pandemiyanı tam nəzarət altına ala biləcəyik. ÜST də bu yöndə müsbət açıqlamalar verir. Ona görə də düşünmürəm ki, bu ili də ötən il olduğu kimi sərt karantin rejimində, qapalı vəziyyətdə keçirək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar