Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Pedoqoji Universitet Əli Həsənovun şirkəti ilə müqavilə bağladı

Tarix: 01-03-2021 20:37     Baxış: 4173 A- / A+
Pedoqoji Universitet Əli Həsənovun şirkəti ilə müqavilə bağladı

Azərbaycan Dövlət Pedoqoji Universiteti (ADPU) bu gün 2020-ci il (?) üçün mətbuatın dövri abunə xidmətinin satınalınması ilə bağlı "Azərmətbuatyayımı” ASC ilə müqavilə bağlayıb.

Manevr.az xəbər verir ki, satınalma müqaviləsinin qiyməti 35 min 488 manat 80 qəpik olub.

Qeyd edək ki, 2007-ci ildə yaradılan "Azərmətbuatyayımı” ASC-nin nizamnamə kapitalı 345 min 304 manatdır. Şirkət Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 30 K ünvanında qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi isə Süleyman Əli oğlu Salmanovdur.

Süleyman Salmanov həm də "Kaspi Mətbuat Yayımı” MMC-nin qanuni təmsilçidir.

Hər iki şirkət Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənova məxsusdur.

Belə ki, "Azərmətbuatyayımı” ASC-nin səhmləri 2008-ci ilin əvvəlində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən keçirilən investisiya müsabiqəsində satılıb. Müsabiqənin qalibi "Kaspi Mətbuat Yayımı” MMC olub. "Kaspi Mətbuat Yayımı” MMC həmin vaxt təqdim etdiyi İnvestisiya Proqramına və komitə ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, səhmdar cəmiyyət bir il ərzində 450 min manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürübmüş.

Bu arada qeyd edək ki, ADPU-nun rektoru Cəfər Cəfərovun da adı Əli Həsənovla hallanıb. Rektor mediada daha çox Əli Həsənovun adamı kimi tanınıb. Təsadüfi deyil ki, Əli Həsənov işdən çıxarıldıqdan sonra onun müavinləri işləmiş Ərəstun Mehdiyev və Tahir Süleymanova Pedoqoji Universitetdə iş verilib.

Pedoqoji Universitetlə əlaqə saxlayıb 2020-ci il üçün mətbuatın dövri abunə xidmətinin satınalınması müqaviləsinin 2021-ci ilin martın 1-də niyə bağlandığının səbəblərinə aydınlıq gətirmək istədik. Universitetin mühasibatlığından Qaynarinfo-ya bildirildi ki, əslində müqavilə 2019-cu ilin dekabrın 25-də bağlanılıb. Dövlət Satınlamaları saytında müqavilə ilə bağlı məlumatın bu gün dərc olunmasının səbəbi isə texniki yanlışlıqla izah edilib./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar