Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkili: “COVID-19 əleyhinə vaksin vurdurmağı hələlik düşünmürəm, çünki sağlam adamam”

Tarix: 01-03-2021 20:23     Baxış: 3169 A- / A+
Millət vəkili: “COVID-19 əleyhinə vaksin vurdurmağı hələlik düşünmürəm, çünki sağlam adamam”

“COVID-19 əleyhinə vaksin vurdurmağı hələlik düşünmürəm. Çünki çox sağlam adamam”.

Manevr.az xəbər verir ki, bunu modern.az-a Milli Məclisin deputatı Sabir Hacıyev bildirib.

Deputat həyatı boyu xəstələnmədiyini xüsusi olaraq qeyd edib:

“Nə zamansa xəstələndiyimi xatırlamıram. Evimdə heç bir dərman vasitəsi yoxdur. İnanın, temperaturumun yüksəldiyi də ağlıma gəlmir. İnsanlar hər il mövsümi xəstəliklərlə, qriplə mübarizə aparır.

Mən heç vaxt qrip də olmamışam. Hesab edirəm ki, ağır qrip keçirən insanlar mütləq qrip əleyhinə peyvənd vurdurmalıdır. Hətta tez-tez xəstələnən adamlar koronavirus əleyhinə vaksinasiya olunmalıdır”.

Sabir Hacıyev heç vaxt xəstələnməməsinin səbəblərini də açıqlayıb. Deyib ki, hər şeydən öncə idmanla məşğul olur:

“Deyəndə ki, xəstələnmirəm, bu, çoxlarına qəribə gəlir. İllərdir idmanla məşğul oluram. Bir ildən çoxdur ki, idman zalları bağlıdır və mən ev şəraitində idmana davam edirəm. Düzü, idman zallarının bağlı qalmasını məntiqlə anlamıram.

Necə olur ki, restoranlar açılır, amma zallar yox?! Halbuki idman zallarında məsafə mütləq olur. Trenajorda ancaq bir adam məşq edir. Parlamentin ötən plenar iclasında həmkarım Fazil Mustafa da bu məsələyə haqlı iradını bildirmişdi”.

Deputat sağlam qidalanmanın da əsas şərt olduğunu vurğulayıb:

“İdmanla yanaşı, həm də sağlam qidalanmaya üstünlük verirəm. Subay adamam. Evdə yeməklərimi də özüm hazırlayıram. Ən yaxşı iki, ya da üç aşpaz varsa, onlardan biri mənəm.

Aş, bozartma, buğlamanı o qədər dadlı bişirirəm ki, məni tanıyanlar restorana yox, evimə qonaq gəlir. Dünya mətbəxinin təamlarını də çox dadlı hazırlaya bilirəm.

Bir sirr açım: yeməkləri sevgi ilə, məhəbbətlə bişirdiyimdən çox dadlı alınır. Hətta bəzi aşpazlar da bir neçə dəfə necə dadlı yemək bişirdiyimin şahidi olub. Əti necə səliqəli doğradığımı da söyləyə bilərəm.

Mətbəx sevgim uşaq yaşlarımdan formalaşıb. Yadımdadır ki, vaxtilə müxtəlif vəzifələrdə işləsəm də, bazarlığı heç vaxt sürücünün öhdəsinə buraxmamışam. Çox yaxşı bazarlıq etmək bacarığım da var”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar