Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - ŞƏKİL

Tarix: 27-02-2021 15:42     Baxış: 3192 A- / A+
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - ŞƏKİL


Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizin “1071 Malazgit meydan müharibəsi” əsəri doğum günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib.


Manevr.az
azərtac-a istinadən xəbər verir ki, rəsm əsəri İstanbulun Üsküdar Bələdiyyəsinin “Üçüncü Nevməkan” tarixi binasının açılış mərasimində Türkiyə Prezidentinə təqdim olunub.

Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun, qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş, İstanbul valisi Ali Yerlikaya, Üsküdar Bələdiyyəsinin sədri Hilmi Türkmən və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə Prezident Ərdoğan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bir daha Azərbaycan xalqına başsağlığı verib, hər platformada daim Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.

Yağlı boya ilə işlənmiş “1071 Malazgit meydan müharibəsi” əsəri Türkiyədə fəaliyyət göstərən rəssam Rafiq Əzizin ən böyük əl işlərindən biridir.

Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar