Sizin Reklam Burada
Xəbər lenti
03-02-2025
02-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yüksək vəzifələrdə çalışmış şəxs vəfat etdi - ŞƏKİL

Tarix: 27-02-2021 09:44     Baxış: 3167 A- / A+
Azərbaycanda yüksək vəzifələrdə çalışmış şəxs vəfat etdi - ŞƏKİL


Azərbaycan Həmkarlar İttifaqarı Konfedrasiyasının Respublika Turizm və Ekskursiyalar üzrə Şurasının sədri Fikrət Nuriyev vəfat edib.

Uzun illər yüksək vəzifələrdə çalışmış F.Nuriyev 72 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, F.Nuriyev 1972-1977-ci illərdə Azərbaycan Neft və Kimya institutunun “Polimerlər və monomerlər kimyası” kafedrasının problemlər laboratoriyasında mühəndis, 1977-1979-cu illərdə Azərbaycan Dövlət Universitetində xarici əlaqələr şöbəsinin müdiri,1979-1981-ci illərdə Bakı səyahətlər və ekskursiyalar bürosunda şöbə müdiri,1981-1982-ci illərdə Bakı soyuducular zavodunda mühəndis-texnoloq, 1982-1987-ci illərdə “VNİPİQAZ” elmi-tədqiqatlar institutunda sex rəisi və təcrübi-eksperimental istehsalatının rəis müavini, 1987-1989-cu illərdə “Dinamo” Azərbaycan Respublika Şurasının idman kombinatının direktoru vəzifələrində çalışıb.

1989-1990-cı illərdə Azərbaycan KP MK-də işlər idarəsinin təsərrüfat şöbəsinin müdiri,1990-ci ilin may-dekabr aylarında Bakı şəhər Nəsimi rayon Xalq Nəzarəti komitəsinin sədri vəzifələrində işləyib.

1990-ci ilin dekabr ayından bu günə kimi AHİK-in Respublika Turizm və Ekskursiyalar Şurasının sədri vəzifəsində çalışıb.

F.Nuriyev 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinin, Nəsimi rayon Sovetinin deputatı və Nəsimi rayon Partiya Komitəsinin büro üzvü seçilmişdir. Respublikanın ictimai-sosial həyatındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunbbub (2007). /publika.az

Manevr.az


Azərbaycanda yüksək vəzifələrdə çalışmış şəxs vəfat etdi - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar