Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Martda məktəblər yenidən bağlana bilər” - Açıqlama

Tarix: 26-02-2021 21:18     Baxış: 4457 A- / A+
“Martda məktəblər yenidən bağlana bilər” - Açıqlama

Nazirlər Kabineti xüsusi karantin dövründə təhsil, təlim və tərbiyə prosesinin müvəqqəti qaydalarını açıqlayıb. Nəticədə Azərbaycanda orta məktəblər qismən də olsa fəaliyyətini bərpa edib. Buna baxmayaraq narahatlıq yenə də mövcuddur. Məktəblərdə yoluxma halları müşahidə olunmaqdadır. Bəzi lokal xarakterli qərarlar qəbul edilib. Yoluxma aşkarlanan məktəblərdə tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Biz bunu gözləyirdik.

Manevr.az xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, pandemiya davam etdiyi müddətdə təhsil müəssisələrində yoluxma halları istisna deyil: "Hansı məktəblərdə yoluxma varsa, ona uyğun qərar qəbul ediləcək. Bağlanan məktəblərin sayı arta bilər, bu, istisna deyil. Biz hər zaman vətəndaşlara, valideynlərə çağırış edirik ki, pandemiya dövrü üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etsinlər. Belə olsa, əlbəttə, yoluxma artmaz”.

İlqar Orucov bildirib ki, mart ayında məktəblərin bağlanması vəziyyətdən asılı olacaq: “Hazırda buna birmənalı cavab vermək mümkün deyil. Bu, mövcud vəziyyət və situasiyadan asılıdır. Mart ayında yoluxma sayı artmasa, proses kəskinləməsə, məktəblər fəaliyyətini davam etdirəcək. Əksinə, vəziyyət idarə olunmaz situasiyaya keçərsə, adekvat qərarlar qəbul ediləcək və məktəblər yenidən fəaliyyətini dayandıra bilər. Bunlarla bağlı hər hansı təxminləri indidən söyləmək mümkün deyil.

Hazırda yoluxma sayında kəskin artım yoxdur. Lakin vətəndaşlar məsuliyyət nümayiş etdirməsələr, mart ayında məktəblər yenidən bağlana bilər. Ona görə də burada vətəndaş məsuliyyəti məsələsi yenə də öz sözünü deyir”.

Təhsil eksperti bildirib ki, gələn ay məktəblərin bağlanması ilə bağlı indi deyilənlər şayiədir: “Hazırda məktəblərdə hər gün monitorinq aparılır. Bütövlükdə rəhbərləri, təhsil şöbələri, şəhərlərdə təhsil idarələri bu işə səfərbər olunublar. Proseslə bağlı məlumatlar hər gün nazirliyə daxil olur, sistemləşdirilib Operativ Qərargaha məlumat verilir. Məktəblərdə pandemiya ilə bağlı bütün qərarlara, tövsiyələrə birmənalı şəkildə əməl olunur"./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar