Sizin Reklam Burada
Xəbər lenti
14-10-2025
13-10-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda vəhşilik: Atı şaxtada ağaca bağlayıb ölümə tərk etdilər - ŞƏKİL

Tarix: 26-02-2021 11:59     Baxış: 4353 A- / A+
Azərbaycanda vəhşilik: Atı şaxtada ağaca bağlayıb ölümə tərk etdilər - ŞƏKİL


Azərbaycanın Gədəbəy rayonunun Saratovka kəndində insanlığa sığmayan vəhşilik qeydə alınıb. Kənd sakinləri atın ayaqlarını bağlayaraq onu ağacdan asıblar.

Adları məlum olmayan sakinlər bu əməli heyvanın onların buğda sahəsinə girdikləri üçün ediblər. At Tovuz rayonu, Keşməli kənd sakini Həsənov Elton İlham oğluna məxsus olub.

Tovuz sakini bildirib ki, atı Gədəbəy sakinləri tərəfindən vəhşicəsinə öldürüblər və bununla əlaqədar polisə müraciət edib:

"Mən Tovuz sakiniyəm, Gədəbəylə sərhəd kənddə qalıram. 3 gün bundan qabaq iki atımı həyətə buraxmışdım. Onlardan biri dağı aşaraq Gədəbəy tərəfə keçib. Sonra hər yerə qar yağdı və atların ardınca gedə bilmədik. Sırağagün atamla gedib atları axtarsaq da, tapa bilmədik.

Sonra tanışlarımızdan biri zəng elədi ki, atları Gədəbəyin Saratovka kəndində iki nəfər aparıb. Dünən atamla kəndə gedəndə gördük ki, atın birini ayaqlarını bağlayaraq ağacdan asıblar. Digər atı isə aparıblar. Atı asmaqda məqsədləri isə guya heyvanın buğda sahəsinə girməsi olub".//baku.ws

Manevr.az


Azərbaycanda vəhşilik: Atı şaxtada ağaca bağlayıb ölümə tərk etdilər - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar