Xəbər lenti
“Eldar Əzizova baxanda Abutalıbovun atasına rəhmət oxuyuram" - Münasibət
Hüquq müdafiəçisi Aslan İsmayılov kəskin hava şəraitinin yaratdığı problemlərdən sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun ortalarada görünməməsinə münasibət bildirib.
Manevr.az xəbər verir ki, o, qaynarinfo-ya açıqlamasında sabiq mer Hacıbala Abutalıbovun atasına rəhmət oxuduğunu deyib:
"Mən Hacıbala Abutalıbovun işini bəyənmirdim. Amma bu gün qarşılaşdığımız mənzərədən sonra Eldar Əzizova baxanda Hacıbala Abutalıbovun atasına rəhmət oxuyuram".
AĞ Partiya başqanı Tural Abbaslı da Hacıbala Abutalıbovun Eldar Əzizovdan fərqli olaraq belə günlərdə küçələrdə olduğunu bildirib:
"Amma demək olmaz ki, onun görünməsi problemin həllinə gətirirdi. Təəssüflə qeyd etməliyəm ki, son illər ərzində Bakı nəinki anormal, hətta primitiv qar yağmasına dözmür. Qar paytaxtı iflic vəziyyətinə gətirib. Bu da ondan xəbər verir ki, uzun illərdir Bakı şəhərinin təsərrüfat işləri düzgün qurulmayıb. Bakı şəhər İcra Hakimiyyətində açıq-aşkar bir plan yoxdur, özfəaliyyət səviyyəsindədir. Harda görsənib ki, XXl əsrdə yaşlı nənələrin əlinə "lapatka” verib qar təmizlətdirəsən. Müasir texnikanın inkişaf etdiyi bir dövrdə və yaxud da əsas yolların qardan təmizlənməsi nə böyük problem oldu? BŞİH konkret bir layihə ortaya qoymalıdır. Əgər belə bir təcrübələri yoxdursa dünya ölkələrindən bəhrələnsinlər. Eldar Əzizovun görünüb-görünməməsi texniki məsələdir. Yəqin hər halda deyəsi sözü də yoxdur ki, görünmür".
Milli Məclisin deputatı Razi Nurullayev yaranmış vəziyyətlə bağlı Eldar Əzizovun vətəndaşlara açıqlama verəcəyini düşünür:
"Şəhər təsərrüfatının bu gün qış mövsümünə hazır olduğunu düşünürdüm. Çünki payız aylarında şəhər merinin iştirakı ilə bir çox texnikaların nümayişi olmuşdu. Şəhər təsərrüfatı ilə bağlı çox ciddi tapşırıqlar verilmişdi. Amma təəssüflər olsun ki, biz qar yağan günlərdə uğurlu fəaliyyətə şahid ola bilmədik. Mən özüm də iki gün Novxanıda girov qaldım, şəhərə gələ bilmədim. Oradan şəhərə gəlmək mümkün deyildi. Bu gün yollar günəşin təsirindən açılıb. Ola bilsin ki, şəhər təsərrüfatı artıq qış olmayacağından arxayınlaşıb. Yaxud da şəhər təsərrüfatında işləyənlərin bu məsələyə laqeyid münasibəti oldu. Açığı, mən də çox təcübləndim. Çünki şəhər təsərrüfatı belə olmalı deyil. Bundan da ağır qar yağa, fəlakətlər ola bilər. Şəhər təsərrüfatı buna hazır olmalıdır. Çox üzüldüm. İnanıram ki, şəhər meri şəhər təsərrüfatının bütün rəhbərlərini toplayar və bununla bağlı açıqlama verər. Şəhər təsərrüfatı niyə işləyə bilmədi sualına aydınlıq gətirər".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar