Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kennedinin ölüm əmrini Xruşşov verib – Şok

Tarix: 24-02-2021 07:37     Baxış: 3164 A- / A+
Kennedinin ölüm əmrini Xruşşov verib

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin ölüm əmrini SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşov verib.

Bu barədə MKİ-nin keçmiş direktoru Ceyms Vulsi və Rumıniyanın keçmiş xarici kəşfiyyat rəisi general-leytenant İon Paçepanın birgə qələmə aldıqları “Əjdaha əməliyyatı”: Kremlin Amerikaya qarşı gizli müharibəsi” adlı kitabda bildirilib.

Müəlliflərin fikrincə, Kennedini öldürən Li Harvi Osvald DTK-nın əməkdaşı olub və SSRİ onu 1957-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaponiyadakı bazasında xidmət edərkən əməkdaşlığa cəlb edib. Bildirilib ki, bəzi gizli missiyaları yerinə yetirdikdən sonra Xruşşov ona ABŞ prezidentini öldürməsini şəxsən əmr edib.

“Osvald Sovet İttifaqında qalmaq istəyirdi, amma onu Kennedini öldürməsi üçün ABŞ-a qayıtmağa razı sala bildilər. SSRİ-də bir qızla evləndirildikdən sonra 1962-ci ilin iyununda Osvaldı ABŞ-a göndərirlər. Sonradan Sovet hakimiyyəti Kennedini öldürmək fikrindən daşınıb və Osvalda bu plandan imtina etməsi deyilib. Amma o, SSRİ-yə qarşı kor məhəbbət bəsləyirdi, bu səbəbdən də əmrə tabe olmayıb”, - kitabda qeyd olunub.

Müəlliflər qeyd edir ki, bütün sübutlar Uorren komissiyasının 26 cildlik hesabatı ilə üst-üstə düşür, lakin hesabatda yazılanlar elə şifrələnib ki, orada nə yazıldığını heç kim bilmir. axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar