Xəbər lenti
Nazirlikdən Sadıqovla bağlı ittihamlara cavab - Video
Bəzi elektron media resurslarında özünü “döyüşçü prokuror” adlandıran Fərman Rzayev tərəfindən Vətən müharibəsi dövründə ordumuzun itkiləri və müdafiə nazirinin fəaliyyəti ilə bağlı əsassız və həqiqətə uyğun olmayan fikirlər səsləndirilib.
Manevr.az xəbər verir ki, bu barədə Bbakıpost.az-a Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik açıqlamasında əlavə edib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı nəticəsində düşmən qat-qat çox itkilərə məruz qalıb:
"Müdafiə naziri müharibə başlayan ilk gündən Ali Baş Komandanın rəhbərliyi altında keçirilən döyüş əməliyyatları zamanı qoşunların idarə edilməsini birbaşa həyata keçirib.
Döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən general-polkovnik Zakir Həsənov “Zəfər” ordeni ilə təltif edilib.
Bir daha kütləvi informasiya vasitələrini, eləcə də elektron media resurslarını əsassız, həqiqətə uyğun olmayan və rəsmi şəkildə təsdiqlənməyən məlumatları tirajlamaqdan çəkinməyə çağırırıq".
Qeyd edək ki, uzun illər hərbi və mülki prokurorluq sistemində çalışan, “döyüşçü prokuror” olaraq təqdim edilən Fərman Rzayev öz müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqov və digər vəzifəli şəxslər barəsində müxtəlif ittihamlar səsləndirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar